Dortmund "Borussiya"sı yeni mövsüm üçün ikinci transferini edib.
"Football-plus.az" xəbər verir ki, Dortmund təmsilçisi "Frayburq"un futbolçusu Niko Şlotterbeki heyətinə qatıb. Almaniya millisinin müdafiəçisi ilə 2027-ci ilin iyununa kimi müqavilə imzalanıb. Müqavilə bu mövsüm başa çatdıqdan sonra qüvvədə olacaq.
Qeyd edək ki, Borussiya" bundan əvvəl yeni mövsüm üçün "Bavariya"dan Niklas Süleni transfer etdiyini açıqlamışdı.
"Borussiya" heyətini yeni futbolçu ilə gücləndirdi
Dünya futbolu




