Sərhat Taşdemirin yeni klubu məlum olub.
Football-plus.az xəbər verir ki, 22 yaşlı hücumçu "Kocaelispor"a keçib. Bu barədə TFF 1-ci liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Taşdemirlə 2,5 illik müqavilə imzalanıb.
Sərhat buna qədər İngiltərədə "Bukston", "Flayd", "Oldhem", "Barnet" kimi komandalarda çıxış edib. O, bu mövsüm "Bukston" formasıyla 10 oyunda 2 qol vurub.
Qeyd edək ki, forvard Azərbaycanın U-19 yığmasında 3 oyunda 3 qola imza atıb.