Fabreqas B seriyası klubunda

1.08.2022 18:43 411
Dünya futbolu
"Monako"dan ayrılan Sesk Fabreqasın yeni klubu müəyyənləşib.

"Football-plus.az" xəbər verir ki, ispan yarımmüdafiəçi karyerasını İtaliya B seriyası təmsilçisi "Komo"da keçirəcək. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 35 yaşlı oyunçu ilə 2 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Fabreqas ötən mövsüm Fransa Liqa 1-də cəmi 2 oyuna çıxıb.