Fransanın "Renn" klubu heyətini yeni futbolçu ilə gücləndirib.
"Football-plus.az" xəbər verir ki, Liqa 1 təmsilçisi PSJ-dən Arno Kalimuendonu transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
20 yaşlı fransalı hücumçu ilə 2027-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb.
Arno Kalimuendo PSJ-nin yetirməsidir. Gənc forvard son mövsümü icarə əsasında "Lans"da keçirib. O, komandanın heyətində meydana çıxdığı 33 oyunda 13 qol vurub.