Türkiyəli futbolçu İspaniya klubunda ən yaxşı oldu

25.05.2022 17:54 610
Dünya futbolu
"Xetafe" klubunda mövsümün ən yaxşı futbolçusu məlum olub.

"Football-plus.az" xəbər verir ki, bu, türkiyəli hücumçu Enes Ünaldır. Bu barədə La Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Forvard azarkeşlərin sorğusu nəticəsində ən yaxşı seçilib. O, geridə qalan mövsümdə çempionatda 16 qola imza atıb.