Emil Balayev rəsmən paytaxt klubunda

11.07.2022 12:54 448
Premyer-liqa
Qazaxıstan "Turan"ından ayrılan Emil Balayevin yeni klubu məlum olub.

Football-plus.az xəbər verir ki, 28 yaşlı qolkiper karyerasını "Səbail"də davam etdirəcək. Bu barədə paytaxt təmsilçisinin rəsmi saytı məlumat yayıb. Millimizin üzvü ilə 1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, iyulun 4-də "Turan"dan ayrılan Balayev 2017-2018-ci illərdə də "Səbail"də oynayıb.