"Neftçi"dən ayrılan futbolçu Səudiyyə Ərəbistanı klubunda

7.07.2022 10:34 430
Dünya futbolu
"Neftçi"dən ayrılan braziliyalı futbolçu Tiaqo Bezerra karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcək.

"Football -plus az" xəbər verir ki, 34 yaşlı hücumçu “Əl-Aruba” klubuna keçib. Bu barədə Əl-Cauf təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Bezerra ilə 1 illik müqavilə imzalanıb.

Forvard ötən mövsüm “Neftçi” ilə 25 oyunda 10 qol vurub.