Daha bir məşhur futbolçu karyerasını bitirib.
Football-plus.az xəbər verir ki, mərkəz müdafiəçisi Joao Miranda 38 yaşında butslarını mismardan asıb. Bu barədə sabiq futbolçu öz sosial şəbəkə hesabında paylaşım edib. O, belə deyib:
“O, an gəldi. Mənə dəstək olan hər kəsə xüsusi təşəkkürümü bildirirəm. Çox sağ ol futbol! Artıq hər şey tarixdə qalacaq”.
Miranda karyerasında "Atletiko" və "İnter" kimi klublarda çıxış edib. Joao həmçinin, Braziliya millisinin də şərəfini qoruyub.