Daha bir dövr başa çatdı: Məşhur fransalı karyerasını bitirdi

22.10.2022 16:11 365
Dünya futbolu
Bir neçə həftə əvvəl Frank Riberinin butslarını mismardan asa biləcəyi haqda yayılan xəbər doğru çıxıb.

Football-plus.az xəbər verir ki, 39 yaşlı yarımmüdafiəçi karyerasını başa vurub.

Fransa millisinin sabiq oyunçusu bu barədə özünün “tvitter” hesabında bildirib. Son klubu “Salernitana” olan  Riberi “Bulon”, “Ales”, “Brest”, “Mets”, “Qalatasaray”, “Marsel”, “Bavariya”, “Fiorentina”da da oynayıb.

Bu mövsüm “Salernitana”nın formasında yalnız 2 oyunda meydana çıxan futbolçunun klubu ilə 2023-cü ilin yayına qədər müqaviləsi var idi. Onun Fransa yığmasında 81 oyuna 18 qol vurduğunu da xatırladaq.