İngiltərə millisinin sabiq üzvü karyerasını bitirdi

28.09.2022 10:58 308
Dünya futbolu
İngiltərə millisinin və "Mançester Siti"nin sabiq futbolçusu Fabian Delf karyerasını bitirib.

"Football-plus.az" xəbər verir ki, bu barədə 32 yaşlı yarımmüdafiəçi özü açıqlama verib.

Delf karyerası ərzində "Everton", "Aston Villa", "Mançester Siti" kimi klublarda forma geyinib. O, 2014-2019-cu illərdə İngiltərə millisində çıxış edib.