• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Bakı Olimpiya Stadionu SOCAR-a bağlı idarədi

Ölkə futbolu / Manşet

8-01-2023, 15:0

Artıq 2023-cü ildəyik. Bütün qurumlar və federasiyalar planlarını açıqlayıb.

Yeni hədəflər bəlli olub. Lakin bir qurum var ki, ondan səs-səmir yoxdu. Söhbət Bakı Olimpiya Stadionundan gedir. Ötən il, demək olar ki, arenada “dişə vurulası” tədbir keçirilmədi. Heç milli də Millətlər Liqasındakı matçlarının təşkili üçün müraciət etmədi. Yəni 2022-ci ili BOS üçün “səssiz dönəm” saya bilərik. Çempionlar Liqasının qrup, Avropa çempionatının final mərhələsinin oyunlarını, Avropa Liqasının finalını qəbul edən 69 min yerlik idman qurğusu indi ağzıgünə qalıb. Stadion indi nə AFFA-nın balansındadı, nə də müstəqil təsərrüfat subyekti kimi fəaliyyət göstərir. Görəsən, 2023-də də belə olacaq? Bu il BOS-da hansısa tədbir keçiriləcək? Bu yöndə sualları cavablaması üçün qurumun mətbuat xidmətinin rəhbəri Fərid Əsədzadə ilə əlaqə saxladıq.

- 2022-ci ili BOS üçün uğurlu hesab etmək olar?
- Burda nəyi nəzərdə tutduğunuz önəmlidi. Futbol tədbirlərinə görə soruşursuzsa, əsas meydanda rəsmi qarşılaşmalar baş tutmadı. Lakin digər fəaliyyət istiqamətlərimizdə işlər olduğu kimi davam etdi. Pandemiyanın təsirinin azaldığını 2022-də hiss etdiyimizi deyə bilərəm.

- 2023-cü ildə AÇ-2024-ün seçmə mərhələsinin oyunlarına start veriləcək. Yığmamız rəqiblərini burda qəbul edə biləcək?
- Bir məqamı nəzərinə çatdırım ki, klublarımızın və ya milli komandalarımızın oyunlarını harda keçirməsi ilə bağlı qərar bizə məxsus deyil. Təşkilatçının müraciəti əsasında qarşılaşmaları BOS-da qəbul edirik. Seçmə mərhələ martda başlayacaq və hər iki oyun səfərdədi. İnşallah, millimiz hər iki qarşılaşmadan sərfəli nəticə ilə dönsün. Bizə müraciət edilərsə, həmişə dəstək olmağa hazırıq.

- Nə üçün millimizin Millətlər Liqasındakı oyunları BOS-da keçirilmədi?
- Burda təəccüblü heç nə yoxdu. Az öncə qeyd etdiyim kimi, bunun üçün təşkilatçı - AFFA müraciət etməlidi ki, oyunu BOS-da keçirək. Həm də adından göründüyü kimi, bu milli komandadı. Klub deyil ki, hansısa şəhəri və ya şəhərin bir hissəsini təmsil etsin. Milli komanda hüquqi prosedurları həll etməklə ölkənin hər tərəfində rəqiblərini qarşılaya bilər.

- Təzəlikcə stadionda renovasiya işləri həyata keçirildi. Stadionun hazırkı durumu necədi?
- Doğrudu. Ötən ilin oktyabrında renovasiya baş tutdu. Həmin vaxt siz bizə müraciət etmişdiz. 21 yaşadək futbolçulardan ibarət yığmamız “Şamaxı” ilə qarşılaşırdı. Oyundan sonra meydanın vəziyyəti ilə maraqlanırdız. O vaxt da demişdik ki, 4-6 həftəlik renovasiya ilə meydan əvvəlkindən də yaxşı vəziyyətdə olacaq. Oktyabrın sonunda meydan artıq ideal vəziyyətdə idi. Ot örtüyü tam yaşıldı.

- Tutaq ki, biz "Futbol+" adlı klub yaratmışıq. BOS-da məşq etmək istəyirik. Bunun üçün birbaşa arena rəhbərliyindən, yoxsa SOCAR-dan icazə almalıyıq?
- Söhbət futbol klublarından gedirsə, BOS-un ehtiyat meydanları milli komandalarımız, premyer-liqa klublarımız və bəzən də ölkəyə qonaq gələn kollektivlərin məşqləri üçün istifadə olunur. Sıx qrafik səbəbindən əksər hallarda yeni icarəçiləri qəbul edə bilmirik. Sualın məğzinə gəlincə, onu qeyd edim ki, Bakı Olimpiya Stadionu SOCAR-a bağlı idarədi. Fəaliyyət sahəsindən asılı olmayaraq, BOS-da tədbir keçirmək və ya icarəçi olmaq istəyən hüquqi və fiziki şəxslər bütün detalları, tarixi, tədbirin həcmini bizimlə razılaşdırdıqdan sonra hüquqi prosedurların həlli üçün SOCAR-ın baş ofisinə müraciət ünvanlamalıdı.

- Ötən il stadionda sosial, korporativ və başqa kommersiya tədbirləri keçirildi. Hətta toy mərasimindən şəkillər görmüşdük, amma fotosessiya olduğu sonradan bilindi. 2023-də də belə layihələr gözlənilir?
- Təkcə ötən il yox, demək olar, həmişə bizdə beynəlxalq miqyasda və kiçik ölçüdə tədbirlər olur. Onu da qeyd edim ki, əksər hallarda tədbirlərin təşəbbüsü müraciətçilər tərəfindən gəlir. Yəni biz hansısa beynəlxalq qarşılaşmanı təşkil etmirik. Son illərdə bizim təşəbbüsümüzlə sosial tədbirlər həyata keçirilib. Bu il ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə bağlı bir neçə silsilə idman tədbiri, iməciliklər və başqa sosial yönümlü fəaliyyətimiz olacaq. Paralel olaraq başqa müraciətləri də qəbul edəcəyik.

İLKİN SULTANLI

Paylaş:
Digər xəbərlər

Ölkə futbolu / Manşet

3-01-2023, 17:0

AFFA ilsonu tədbirinə jurnalistləri niyə dəvət etməyib? - AÇIQLAMA

Yığma / Manşet

29-09-2022, 21:0

AFFA-nın stadion seçimi turnirin statusu və rəqiblərin reytinqinə bağlıdı

Aktual
“İmişli”nin taleyi bəlli oldu – Arazın bu tayından Kürün o tayına
"Dinamo-Minsk"i Bakıda dəstəkləyəcək azarkeş sayı açıqlandı
“Yaxşı futbol oynamaq üçün imkan var” – Estoniya “Zirə”ni necə qarşıladı?
“Heç “Karvan-Yevlax”la oyunda da da belə etməmişəm” - Puxaç
KuPS da qisasdan danışır – “hədəf aydındı: əvvəl hesabı bərabərləşdirmək, sonra irəli çıxmaq”
"Forza Neftçi" çempionluq tələb etdi, bəs, "Neftçi" necə qarşıladı? - REPORTAJ
Son xəbərlər
  • Bu gün, 15:49
    Niderlandda qərar tutdu
  • Bu gün, 15:08
    Qvineya millisinin üzvü "Araz-Naxçıvan"da
  • Bu gün, 14:40
    "Şəfa"da niderlandlı futbolçu
  • Bu gün, 14:19
    “İmişli”nin taleyi bəlli oldu – Arazın bu tayından Kürün o tayına
  • Bu gün, 13:57
    Salahın meneceri transferi yubadır
  • Bu gün, 13:27
    “Qalatasaray” hələ ki almaq yox, vidalaşmaq ilə məşğuldu
  • Bu gün, 12:56
    “Trabzonspor” 26 milyon avroluq satış həyata keçirdi
  • Bu gün, 12:25
    Avropada 10-cu qol
  • Bu gün, 11:54
    İngiltərədə klubunu dəyişəcək
  • Bu gün, 11:23
    “Belədə bundesliqa və ya la liqa klubları onu heyətində görmək istəyər” – Mahiri “Rakuv”da nə gözləyir?
  • Bu gün, 10:52
    UEFA reytinqində mövqeyimiz dəyişmədi
  • Bu gün, 10:31
    "Karvan-Yevlax"dan daha iki transfer
  • Bu gün, 10:00
    "Qarabağ" evdə, "Zirə" səfərdə döyüşəcək - YENİLƏNİR
  • Dünən, 23:49
    “Neftçi” bazar deyil, “Neftçi” xalqdı” - fanklub rəhbərindən sərt açıqlama
  • Dünən, 23:23
    "Qarabağ"a qarşı uğurlu çıxış etmək istəyirik" - ÇSKA-nın baş məşqçisi
  • Dünən, 22:56
    "Qalib olmağa gəlmişdik" - "Dinamo-Minsk"in baş məşqçisi
  • Dünən, 22:26
    "Mənə elə komanda deyin ki, hər matçı qazansın" - Yuri Vernidub
  • Dünən, 21:54
    Abubakar "Kəpəz"də
  • Dünən, 21:26
    Fransadan Portuqaliyaya yollandı
  • Dünən, 20:59
    "Çalışacağıq ki, rəqibin oyununu pozaq" - Rəşad Sadıqov
  • Dünən, 19:39
    "Alınsa, iki transfer həyata keçirəcəyik" - Qurban Qurbanov
  • Dünən, 19:18
    "Kəpəz"də ayrılıq
  • Dünən, 19:00
    "Neftçi" - "Dinamo-Minsk": START HEYƏTLƏRİ
  • Dünən, 18:45
    "Dinamo-Minsk"i Bakıda dəstəkləyəcək azarkeş sayı açıqlandı
  • Dünən, 18:20
    ''Fənər''in sabiq ulduzunun yeni klubu bəlli oldu
  • Dünən, 17:59
    “Yaxşı futbol oynamaq üçün imkan var” – Estoniya “Zirə”ni necə qarşıladı?
  • Dünən, 17:00
    "Şəfa"dan daha bir transfer
  • Dünən, 16:29
    Freddi Varqas "Neftçi"də!
  • Dünən, 15:58
    “Çox xoşbəxt olduğumuzu deyə bilmərəm” – Coy-Lens Mikels
  • Dünən, 15:29
    “Heç “Karvan-Yevlax”la oyunda da da belə etməmişəm” - Puxaç
  • Dünən, 15:13
    "Neftçi" Çempionlar Liqasına qələbə ilə başladı
  • Dünən, 14:28
    Dünya çempionu vətəninə qayıtmadı
  • Dünən, 13:55
    Güləş yığmasının dünya çempionatı üçün heyəti açıqlandı – 29 pəhləvan...
  • Dünən, 13:39
    KuPS da qisasdan danışır – “hədəf aydındı: əvvəl hesabı bərabərləşdirmək, sonra irəli çıxmaq”
  • Dünən, 12:51
    İspaniyadan İngiltərəyə üz tutdu
Daha çox
Oxunub: 191
“Sabah” rəsmisindən “Liv Bona Dea Arena” açıqlaması – klub ora nə vaxt köçəcək?
Oxunub: 164
Varqas “Neftçi”yə nə vaxt qoşulacaq?
Oxunub: 139
“Zirə” Kutaisini qaynar qazana çevirdi – “Torpedo”nun kapitanı döyüldü, söyüldü!
Oxunub: 134
Gəncə stadionu və onminlərlə azarkeş Azər Məmmədovu çəkindirmir!
Oxunub: 131
Maluda Duranla komanda yoldaşı olacaq? – “Sabah”dan iddialara reaksiya
Oxunub: 128
Varqas artıq Bakıdadı, “Neftçi”də qalması an məsələsidi
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə