Kamerunun U-17 komandasının üzvləri növbəti dəfə yaş sınağından keçə bilməyiblər.
Football-plus.az xəbər verir ki, bu, federasiya prezidenti Samuel Eto'Onun tələbinə uyğun olaraq baş tutub. Lakin yenə 11 nəfər yaşlarını təsdiqləmək üçün MRT testindən keçə bilməyib. Onlar komandadan uzaqlaşdırılıblar. Baş məşqçi Jan-Peru Fiale indidən yeni futbolçuların axtarışlarına başlayıb.
Qeyd edək ki, daha öncə 30 nəfərdən 21-i eyni testdən keçə bilməmişdi.