Yığmalarımızın rəqibləri bilindi

4.07.2022 10:00 466
İdman
İslam Həmrəyliyi Oyunlarında çıxış edəcək Azərbaycanın kişi və qadın voleybolçularının rəqibləri bəlli olub.

"Football-plus.az" xəbər verir ki, İslamiadada çıxış edəcək kişilərdən ibarət millimizin 8 ölkənin (Azərbaycan, Sudan, Kamerun, Mərakeş, İran, Qətər, Türkiyə, Pakistan) iştirak edəcəyi yarışda artıq rəqibləri dəqiqləşib. Komandamız püşkün nəticəsinə əsasən Sudan, Mərakeş və Kamerun milliləri ilə A qrupunda qüvvəsini sınayacaq.

İslam Həmrəyliyi Oyunlarında çıxış edəcək qadınlardan ibarət millimiz isə püşkün nəticəsinə əsasən Əfqanıstan, Seneqal və Kamerun yığmaları ilə B qrupunda qüvvəsini sınayacaq. Qadınların yarışında A qrupunda Özbəkistan, Türkiyə, İran və İndonezia milliləri mübarizə aparacaqlar.

2022 İslam Həmrəylik Oyunları Türkiyənin Konya şəhərində keçiriləcək.

Kişilər

A qrupu
Azərbaycan
Sudan
Mərakeş
Kamerun

Qadınlar

B qrupu
Azərbaycan
Əfqanıstan
Seneqal
Kamerun