Niderland 1-ci liqasında 18-ci turun matçları oynanılır.
Football-plus.az xəbər verir ki, dünən "Eyndhoven" "Venlo" ilə görüşüb. Ozan Can Kökçünün komandası bu qarşılaşmada məğlub olub - 0:2.
Millimizin üzvü oyuna ehtiyatda başlayıb və 61-ci dəqiqədə meydana daxil olub. Yarımmüdafiəçi 84-cü dəqiqədə sarı vərəqə ilə də cəzalıb.
Qeyd edək ki, "Eyndhoven" 18 turdan sonra 32 xalla 4-cü pillədə qərarlaşıb.