Ozan Canın komandası yenə uduzdu

16.04.2022 14:10 410
Dünya futbolu
Niderland 1-ci Liqasında 35-ci turun oyunları keçirilib.

Ozan Can Kökçünün formasını geydiyi "Telstar" səfərdə "Venlo"ya uduzub - 2:3.

Millimizin üzvü də bu qarşılaşmanın iştirakçısı olub. 23 yaşlı vinger matça start heyətdə başlayıb və 90 dəqiqə meydanda olub. O, 82-ci dəqiqədə sarı vərəqə ilə cəzalandırılıb.

35 turdan sonra 35 xal toplayan "Telstar" turnir cədvəlinin 16-cı pilləsində qərarlaşıb.