"Xankəndi” ev oyunlarını Xankəndi şəhər stadionunda keçirəcək.
"Football-plus.az" 1-ci liqa təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, bununla bağlı klub ilə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi arasında müvafiq müqavilə imzalanıb.
"Xankəndi" ötən mövsüm 2-ci liqanın qalibi olaraq 1-ci liqada oynamaq hüququ qazanıb.