“Real” ciddi itki ilə üzləşib. Yarımmüdafiəçi Tyaqo Pitarç zədələnib.
"Football-plus.az" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Pitarç məşqdə xəsarət alıb. İnsayder Fabritsio Romano onun sentyabra qədər yaşıl meydanlardan uzaq qalacağı ilə bağlı məlumat yayıb. Bu isə Tyaqonun yeni mövsümün startını buraxacağı deməkdi.
Qeyd edək ki, 18 yaşlı futbolçu ötən mövsüm əsas komandaya cəlb olunub. Pitarç La Liqada meydana çıxdığı 10 oyunda 2 məhsuldar ötürmə edib.