Mahir oynadı, komandası KL-də mərhələ adladı

31.07.2026 00:30 13
Dünya futbolu
Mahir Emrelinin çıxış etdiyi "Rakuv" Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin cavab oyununda Malta "Valletta"sı ilə qarşılaşıb.

"Football-plus.az" xəbər verir ki, Ta-Ali şəhərində keçirilən görüş Polşa təmsilçisinin 4:0 hesablı böyük qələbəsi ilə başa çatıb.

Mahir Emreli oyuna 67-ci dəqiqədə, hesab 3:0 olarkən daxil olub.

İki oyunun nəticəsinə əsasən "Rakuv" rəqibini ümumi hesabda 7:1 məğlub edərək Konfrans Liqasının 3-cü təsnifat mərhələsinə yüksəlib.