"Sumqayıt" "Şamaxı"ya qalib gəldi

30.07.2026 21:31 11
Ölkə futbolu
“Sumqayıt” bu gün Qəbələ toplanışında növbəti yoxlama oyununu keçirib.

"Football-plus.az" xəbər verir ki, "kimyaçılar" "Şamaxı" ilə üz-üzə gəliblər.

"Qəbələ" şəhər stadionunun köməkçi meydançasında baş tutan qarşılaşma Filipe Kandidonun rəhbərlik etdiyi kollektivin 2:0 hesablı qələbəsi ilə başa çatıb.