Millimizin üzvü qol vurdu, komandası darmadağına sevindi

10.09.2022 11:36 350
Dünya futbolu
Futbol üzrə Niderland birinci divizionunda 6-cı turun oyunları keçirilib.

Football-plus.az xəbər verir ki, Ozan Can Kökçünün formasını geyindiyi “Eyndhoven” də növbəti matçına çıxıb.

Sözügedən kollektiv evdə “Maastrixt”lə üz-üzə gəlib. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb - 5:0.

Ozan da bu görüşün iştirakçısı olub. O, oyuna start heyətində başlayıb və 73-cü dəqiqədə əvəzlənib. Komandasının 4-cü qolunu da 72-ci dəqiqədə millimizin yarımmüdafiəçisi vurub.

“Eyndhoven” 6 oyuna topladığı 16 xalla 20 kollektiv arasında 2-ci pillədə qərarlaşıb.