Millimizin üzvü qol vurdu, komandası heç-heçə etdi

17.09.2022 11:20 394
Dünya futbolu
Niderland birinci divizionunda 7-ci turun oyunları keçirilib.

Football-plus.az xəbər verir ki, Ozan Can Kökçünün formasını geyindiyi “Eyndhoven” də növbəti matçına çıxıb.

Sözügedən kollektiv doğma meydanda “Roda” ilə üz-üzə gəlib. Azərbaycan millisinin üzvünün komandası bu oyundan heç-heçə ilə ayrılıb - 3:3.

Ozan da bu görüşün iştirakçısı olub. O, oyuna start heyətində başlayıb və 80-ci dəqiqədə əvəzlənib. Komandasının 3-cü qolunu da 63-cü dəqiqədə penaltidən dəqiq yararlanan Kökçü vurub.

“Eyndhoven” hazırda 18 xalla 20 kollektiv arasında 2-ci pillədə qərarlaşıb.