• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

DÇ maraqlıdı, yoxsa maraqsız? - KÖŞƏ

Yazarlar

30-11-2022, 14:0

Məncə, sərlövhədəki sualın cavabı üzərində düşünməyə başlamadan başqa bir məqamı özümüz üçün aydınlaşdırmalıyıq: ümumiyyətlə, futbol üzrə dünya çempionatlarına nəyə görə baxır, bir çox hallarda azarkeşlik stajımızı da baxdığımız mundialların sayı ilə ölçürük?

Gizlətmirəm, mən ilk dəfə DÇ-86-ya baxmışam və sonda hakim haqsızlığı ilə üzləşən SSRİ yığmasının oyunundan həzz almışam. Onda hələ nə Qarabağ münaqişəsi başlamışdı, nə rusların yaxından köməyi ilə torpaqlarımız işğal olunmuşdu, nə də 20 Yanvar faciəsi yaşanmışdı. Adi bir sovet yeniyetməsinin ölkəsinin yığmasına azarkeşlik etməsindən təbii nə ola bilərdi ki?! Həm də SSRİ yığması özü-özlüyündə Kiyev “Dinamo”sunun böyüdülmüş obrazından başqa bir şey deyildi; mərhum Valeri Lobanovski komandasından seçdiyi 12 futbolçunun yanına “Spartak”dan, “Dnepr”dən, Minsk və Tiflis “Dinamo”larından da bir neçəsini götürər, yığma adı ilə turnirlərə aparardı. Əlbəttə, o yaşda mən bütün bu proseslərin dərinliyinə varmaq dərəcəsində futbolsevər deyildim, sadəcə, həvəslə oyun saatını gözləyər, sonra da düşüncələrimi gündəliyə yazar, hardansa tapdığım təqvimdə uyğun xanaları doldurardım.

Hə, gələk məhz o sualın üzərinə ki, biz DÇ-yə niyə baxırıq? Yığmamızın da yer aldığı Avropa zonasının komandalarının potensialına az-çox bələd olduğumuza, 4 ildən bir keçirilən qitə birinciliyinin oyunlarına baxdığımıza görə mundial şəxsən mənim üçün istisnasız fərqli futbol mədəniyyətlərini və üslublarını iş başında izləmək imkanıdı. Eyni zamanda ona də əmin deyiləm ki, azərbaycanlı futbolsevərlər işini-gücünü atıb Seneqal, İran, Argentina, Tunis, Yaponiya və başqa belə fərqli qitə təmsilçilərini yaxından izləyə, bu komandaları müqayisə etmək üçün platforma tapa. Bax, məhz dünya çempionatı bizə bu imkanı yaradır. Özündənrazı avropalılarla “biz daha maraqlı futbol oynayırıq” deyən Cənubi Amerika yığmalarını, Asiyanın İran, Yaponiya, Səudiyyə Ərəbistanı, Afrikanın Qana, Mərakeş, Şimali Amerikanın ABŞ və Kanada kimi milli komandalarını başqa harda izləyə bilərik? Təbii ki, heç yerdə!

Hansısa turnirin maraqsız olub-olmaması ilə bağlı mülahizə yürüdərkən ya oyun səviyyəsini əsas götürməlisən, ya da yaşıl meydanda yaşanan qeyri-adilikləri. Məsələn, Braziliya, Fransa, İspaniya yığmalarının oyun səviyyəsindən kim narazılıq edə bilər? Mükəmməlliyə yaxın olan üç fərqli üslub var ortada! Və ya keçək gözlənilməzlik-sensasiya məqamına. Yaponiya dördqat dünya çempionu Almaniya üzərində əzmkar qələbə qazandı, Səudiyyə Ərəbistanı Messili Argentinaya “dərs keçdi”, Mərakeş dünya üçüncüsü Belçikanı sildi-süpürdü. Bu turnirdə Ekvador, Qana, Kanada kimi neytral azarkeşlərin simpatiyasını qazanmaq üçün əlindən gələni edən, cəlbedici oyun göstərən komandalar var e! Məgər Almaniya və Niderland bütün dünya çempionatlarında eyni – yüksək səviyyəli oyun göstərməlidi?

Əlbəttə, 5 “quru” heç-heçəni və ya mən bu yazını cızma-qara edərkən keçirilən 29 oyundan 15-də ilk yarının 0:0 bitməsini turnirin dəyərini azaldan statistik göstərici kimi qəbul etmək olar. Amma vurğuladığım kimi, bunlar da uzaqbaşı statistikadı. Əsaslandırılması asan olan statistika. Sirr deyil ki, bütün komandalar qrup mərhələsinin ilk turuna daha çox sonrakı oyunlar prizmasından yanaşır, maksimum ehtiyatlı olmağa, qəfil zərbə almamağa çalışır. Belədə isə heç-heçələr qaçılmazdı. Pisi deyiriksə, yaxşını da deməliyik. Məhz bu mundialda zədə imitasiyasından “vaxt öldürmək” imkanı kimi yararlanan futbolçuların, baş məşqçilərin və komandaların “kitabı bağlanıb”. Hakimlər hissələrə maksimum dərəcədə vaxt artırır ki, başqa yollarla hədəfə çatmaq niyyətinə düşənlər olmasın.

Həmçinin VAR sisteminin işinin məhz bu mundialda mükəmməl səviyyəyə çatdığını qeyd etməliyik. Qana ilə oyunda Portuqaliyanın xeyrinə verilən penaltini çıxsaq, şəxsən mən Qətərdə kobud və nəticəyə birbaşa təsir edən hakim səhvi görməmişəm. Fkir vermisizsə, VAR-ın qərarları da bir neçə saniyə çəkir, məsələn, Azərbaycan premyer-liqasındakı qədər uzun-uzadı gözləmək lazım gəlmir.

Bütün fikirlərimin yekunu kimi bunu demək istəyirəm ki, Qətər meydanlarında baxmalı-görməli mənzərələr və oyunlar çoxdu. Baxaq, gözümüzün qurdunu öldürək və qəlbimizin dərinliklərində yalnız bir arzu tutaq: Allah, Azərbaycan yığmasının da yolunu mundialdan sal!

HUŞƏNG

Paylaş:
Digər xəbərlər

Aktual

23-03-2022, 15:0

Bessonov da silaha sarılıb...

Dünya futbolu

14-11-2022, 14:0

Konte hansı komandaya azarkeşlik edəcək?

Aktual
“Gün gələcək, bu məsələnin əsl mahiyyətini bütün ictimaiyyət biləcək” - Bayrampurla bağlı sərt açıqlama
“Bilirdik ki, “Qarabağ”ı məğlub etmək üçün əzmkar oynamalıyıq” – ÇSKA-nın prezidenti
“Allah bizimlə idi” – ÇSKA-nın kapitanı “Qarabağ”la matçdan danışdı
“Sabah”ın Danimarka, “Qarabağ”ın Polşa yolçuluğu – detallar açıqlandı
“Bizə bu məsələ ilə bağlı hansısa rəsmi məlumat daxil olmayıb” - “Cəbrayıl”ın dəyəri cəmi 400 min manat imiş...
Bolqarıstan mətbuatı Xristo Yanevin Qurban Qurbanova qarşı planını ifşa etdi – start heyəti də açıqlandı!
Son xəbərlər
  • Dünən, 23:52
    "Turan Tovuz" Türkiyə klubuna qalib gəldi
  • Dünən, 23:31
    Cavid Hüseynovdan acı etiraf: “Komanda hələ ki 60 dəqiqə oynamağa hazırdı”
  • Dünən, 23:00
    İngiltərədə iş yerini dəyişəcək
  • Dünən, 22:39
    "Şamaxı" yarımmüdafiəçi transfer etdi
  • Dünən, 22:20
    “Kəpəz”in Qətər klubu ilə oyunu ləğv olundu
  • Dünən, 22:00
    “Hər üç klubumuzun uğursuzluğunu bəxtsizliklə əlaqələndirirəm” – Aslan Kərimov
  • Dünən, 21:44
    "Şəfa" "Araz-Naxçıvan"ı məğlub etdi
  • Dünən, 20:56
    “Milan”ı tərk etməyəcək
  • Dünən, 20:23
    "Barsa" titulu qorudu, “Real” problemlər içində batdı
  • Dünən, 19:42
    Milli futbolçu kokain testindən keçə bilmədi
  • Dünən, 19:01
    Lorenso ilə müqavilə yeniləndi
  • Dünən, 18:34
    Dünya çempionu əməliyyat olundu
  • Dünən, 18:00
    “Gün gələcək, bu məsələnin əsl mahiyyətini bütün ictimaiyyət biləcək” - Bayrampurla bağlı sərt açıqlama
  • Dünən, 17:25
    Gözlənilən təyinat rəsmən açıqlandı
  • Dünən, 16:54
    UEFA-dan Əliyar Ağayevə yeni təyinat
  • Dünən, 16:33
    Milli komandaya qayıtdı
  • Dünən, 16:02
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 15:31
    Şimali Amerikaya yollandı
  • Dünən, 15:02
    “Bilirdik ki, “Qarabağ”ı məğlub etmək üçün əzmkar oynamalıyıq” – ÇSKA-nın prezidenti
  • Dünən, 14:44
    "Orhus" - "Sabah" matçının hakimləri açıqlandı
  • Dünən, 14:14
    “Allah bizimlə idi” – ÇSKA-nın kapitanı “Qarabağ”la matçdan danışdı
  • Dünən, 13:45
    Bir gecədə üç sillə! – inkişaf nağılları bitdi
  • Dünən, 13:28
    “Sabah”ın Danimarka, “Qarabağ”ın Polşa yolçuluğu – detallar açıqlandı
  • Dünən, 12:57
    "Əsas məqsəd futbola yeni azarkeşlər qazandırmaqdı" - Cahangir Fərəcullayev
  • Dünən, 12:20
    Murad debüt etdi, komandası mərhələ adladı
  • Dünən, 11:57
    Azərbaycan futbolunda "Fantasy" dövrü başladı
  • Dünən, 11:28
    Meksikadan vətəninə qayıtdı
  • Dünən, 10:57
    “Bizə bu məsələ ilə bağlı hansısa rəsmi məlumat daxil olmayıb” - “Cəbrayıl”ın dəyəri cəmi 400 min manat imiş...
  • Dünən, 10:36
    Milli komandaya qayıtdı
  • Dünən, 10:15
    "İnsanlar nə qədər böyük klubu mübarizədən kənarlaşdırdığımızı anlayırmı?” - ÇSKA-nın baş məşqçisi
  • Dünən, 09:54
    "Futbolçular 120 dəqiqəlik oyuna tam hazır deyillər" - Qurban Qurbanov
  • Dünən, 00:50
    "Zirə" və "Neftçi" dayandı, "Qarabağ" Konfrans Liqasına düşdü - YENİLƏNİB
  • Dünən, 00:30
    Mahir oynadı, komandası KL-də mərhələ adladı
  • 30-07-2026, 23:0
    “Oyunun axarı artıq göstərirdi ki, qol vura bilməyəcəyik” – Rəşad Sadıqov
  • 30-07-2026, 23:0
    “Heç bir zorakılıq və qalmaqal yaşanmadı” – İnfantino mundialın təşkilatçılığını təriflədi
Daha çox
Oxunub: 359
Qurban Qurbanovdan Sofiya səfəri ilə bağlı gözlənilməz qərar – o, qələbənin açarını tapıb?
Oxunub: 216
“Bu səbəbdən ona oyunlarda şans vermirəm” – Abbas Hüseynovun taleyi bəlli oldu
Oxunub: 164
Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
Oxunub: 153
ÇSKA-nın stadionunda 72 saatda üç oyun keçiriləcək – ot örtüyü “Qarabağ”a problem yarada bilər!
Oxunub: 126
“Bu mövzu ilə bağlı sualları Cavid Hüseynova ünvanlamaq daha doğru olar” – “Cəbrayıl” niyə satıldı?
Oxunub: 120
“Dünən mənə elə şərtlərlə müqavilə təklif olundu ki...” - Rüstəm Məmmədov 9 illik karyerasına son qoydu
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə