• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Messi bu qədər məşhur olduğuna peşmandı - YAZI

Yazarlar

18-11-2022, 17:0

Lionel Messi həyatının bəlkə də ən vacib turnirinə hazırlaşır.

Argentinalı superulduz Qətərdəki mundialda möhtəşəm kolleksiyasında çatışmayan yeganə və ən mühüm titulun sahibi olmağa çalışacaq. İndi hücumçunun əhval-ruhiyyəsi yerindədi: o, PSJ-də çox çətin keçən ilk mövsümdən sonra, nəhayət, yeni komandaya və şəhərə tam uyğunlaşdı. Üstəlik cari “futbol ili”nin geridə qalan hissəsində də əla təsir bağışladı: bütün turnirlərdə keçirdiyi oyunlarda 12 qol və 14 məhsuldar ötürmə! Bugünlərdə böyük müsahibə verən “Qızıl top”un 7 qat sahibi bir sıra maraqlı açıqlamalarla yadda qalıb.

Uşaqlıq

Özümü nə qədər xatırlayıramsa, futbolla böyümüşəm. Həmişə qardaşlarım, qohumlarım, qonşularım, hətta yaşlı insanlar ilə birgə oynamışam. Qardaşlarımla top qovmağı çox sevirdim, ancaq çox vaxt başqa işləri olurdu. Mən isə buna əsəbləşirdim. Ümumiyyətlə, uşaqlığım, demək olar, küçədə keçib. Bütün gün futbol oynayırdım.

Məktəb

Tənbəl idim, buna görə də dərslərimi oxumaq mənim üçün çətin idi. Amma motivasiyam da vardı: bəzən valideynlərim pis qiymətlər alacağım təqdirdə futbol oynamağıma icazə verməyəcəyini deyirdi. Bu da məni vaxtaşırı yaxşı oxumağa məcbur edirdi.

Müalicə

Argentinada, hələ 11 yaşım olarkən bu prosedurlara başladıq. Çox bahalı müalicə idi, lakin atam yaxşı yerdə işləyirdi və mənim üçün əlindən gələni edirdi. Çox çətin vaxtlar idi.

“Barselona”ya dəvət

15 gün ərzində klubda yoxlanışda oldum. Mənim üçün belə bir akademiyaya qoşulmaq inanılmaz idi. Mənə forma, butslar, top verildi. Həmin vaxta qədər bu cür klub qayğısı görməmişdim. Əlbəttə, bu məni heyrətləndirdi.

Uyğunlaşma prosesi

Paltardəyişmə otağında çətin idi, ancaq meydana çıxandan sonra problemlər yoxa çıxırdı. Düzdü, Argentina küçələrində dostlarımla birgə oynadığım günlər üçün darıxırdım. Hazırda 10-11 yaşlı oğlanlar üçün küçədə top qovmaq daha çətindi, ilk növbədə təhlükəsizlik məsələlərini nəzərdə tuturam. İndiki uşaqlar az qala hər şeyə sahibdi: “PlayStation”, “iPad” və s.

İlk müqavilə

“Barselona”yla ilk sözləşməni 14 yaşım olarkən imzaladım. Növbəti il özümdən böyük futbolçuların yer aldığı komandaya qoşuldum, daha 2 il sonra isə artıq əsas kollektivlə birgə məşq etməyə başladım. Hadisələr çox sürətli cərəyan edirdi. Ronaldinyo, Deko, Puyol, Xavi, Silvinyo, Motta özümü evdəki kimi hiss etməyimdə böyük rol oynadı. Onların hamısı mənə möhtəşəm münasibət göstərdi.

Müasir futbol

Ciddi dəyişikliklər izləyirik. Hazırkı futbolda taktikaya daha böyük önəm verilir, ildən-ilə bu tendensiya daha da güclənir. İstənilən, hətta möhtəşəm futbolçuları olmayan komanda taktika və təşkilatlanmış oyun hesabına rəqibə problemlər yarada bilər. Uşaq yaşlarından sənə müəyyən üslubda oynamağı öyrədirlər. Əslində bunun mənfi tərəfləri də var, çünki başqalarından fərqlənən futbolçuların sayı azalır.

Üslubu

Yüksək liqada çıxış etməyə başlayanda sahib olduğum üslubda hələ 4-5 yaşım olarkən oynadığımı həmişə demişəm. Bu bacarığımı hər il inkişaf etdirdim. Hər növbəti gün “artırmağa” çalışdım. Şübhəsiz, istedad mənə Tanrı tərəfindən bəxş edilib. Komadamın üstün oynaması, topun tez-tez məndə olması həmişə xoşuma gəlib. İnyesta, Xavi, Buskets kimi futbolçularla yanımda çıxış etməsi ürəyimcə idi, çünki onlarla birgə oynamaq daha asandı.

“Barselona”dan ayrılıq

Çox ağır günlər idi. Başverənlər ailə üzvlərimə pis təsir etdi, onlar çox məyus görünürdü. Uşaqlarım, həyat yoldaşım Barselonada yaşamağa öyrəşmişdi. Yadımdadı, atam məndən Argentina futboluna qayıtmağı istəyib-istəmədiyimi soruşdu. Cavabım “yox” oldu, çünki artıq Avropada qalmağa qərar vermişdim.

“Nyuells Old Boyz”a mümkün qayıdış

Bilmirəm, hər il o qədər hadisə yaşanır ki… Yetirməsi olduğum kluba qayıtmaq, formasında meydana çıxmaq və oyun keçirmək uşaqlıq arzumdu. Amma reallaşması bu gün çox şeydən asılıdı. 3 uşağım, həyat yoldaşım var, son bir ildə həyatımızda ciddi dəyişikliklər yaşandı, bu bizə asan başa gəlmədi. Problemləri geridə qoyduq və indi Parisdə özümüzü əla hiss edirik. Ümumiyyətlə, yüksək səviyyədə təşkilatlanmış insanam və gözlənilməz nəsə baş verirsə, bu məni narahat etməyə başlayır. Bu gün artıq Parisdən həzz alıram, bu şəhər çox xoşuma gəlir. Bir il ərzində ciddi dəyişikliklər oldu, uyğunlaşma prosesi xeyli vaxt apardı.

Argentina

Əksər həmvətənlərimin mənə olan xüsusi bağlılığını həmişə hiss edirdim, lakin bir qrup azarkeş daim məndən şübhələnirdi. Onlar hər hərəkətimi tənqid edir, millidə sərgilədiyim oyunu bəyənmirdi. 2011-ci ildə təşkil olunan Amerika Kuboku bizim üçün çox pis alındı. 1/4 finalda həmin turnirdə ən yaxşı matçımızı keçirsək də, penalti seriyasında Uruqvaya uduzduq və mübarizəni dayandırdıq. Qrup mərhələsində, ümumiyyətlə, zəif təsir bağışladıq. Sanki DÇ-2010-da yaşadığımız uğursuzluq davam edirdi. DÇ-2006-da, demək olar, oynamırdım, ancaq artıq o vaxtdan tənqid olunmağa başladım. Həmin azarkeşlər məni incitməyə çalışırdı. 2007-ci ildə Venesuelada keçirilən Amerika Kubokunun finalında Braziliyaya məğlub olduq. Getdikcə tənqid daha da güclənirdi. Nəhayət, uzun illərdən və yaşanan xeyli hadisədən sonra komanda titul qazandı. Bundan əvvəl bir neçə finalda məyusluq yaşamışdım, məhz bu səbəbdən qalib olduğumuz Amerika Kubokunun ardından göz yaşımı saxlaya bilmədim.

Xüsusi oyun

2006-cı ildə Joze Mourinyonun “Çelsi”sinə qarşı keçirdiyimiz səfər matçı əsl davanı xatırladırdı. “Stemford Bric”in meydanı yaxşı vəziyyətdə deyildi, görüş çox çətin keçirdi. Rəqiblər isə tez-tez mənə zərbələr endirirdi.

Xosep Qvardiola

“Barselona”nın məşqçisi olduğu illər inanılmaz idi. Gəlişindən sonra bizə çox şey öyrətdi, komanda kimi inkişaf etməyimizdə böyük rol oynadı. Heyəti unikal futbolçulardan formalaşdırdı. Həqiqətən də əla vaxtlar idi. Qvardiolanın başçılığı altında istənilən stadionda oynamağa hazır idik və rəqibimizin kimliyindən asılı olmayaraq, qələbə qazanacağımızı bilirdik. Qalib gəlmək üçün meydanda nə etməli olduğumuzu əla anlayırdıq. Düzdü, hərdən acı məğlubiyyətlərimiz də olurdu, ancaq psixoloji cəhətdən heç vaxt sınmırdıq. Hətta məşqlərdə komandanın özünə olan inamı çox yüksək idi.

Təəssüf

“Barselona”dan sonra Qvardiolanın başçılığı altında oynamaq imkanı qazanmadığım, məşqçiliyindən bir daha həzz almadığım üçün çox təəssüflənirəm. Gündəlik hansısa işlə məşğulsansa, nəyə sahib olduğunu anlamırsan. Xosep məşqçi olarkən, hər şey o qədər asan, təbii alınırdı ki, bunu necə bacardığımızı hərdən özümüz də başa düşmürdük. Yalnız zaman keçdikcə həmin illərdə qazandığımız uğurun unikal olduğunu anlayırıq. Qvardiola həm də futbola çox ziyan vurdu. Oynadığımız futbol o qədər sadə görünürdü ki, hamı onu təkrarlamaq istəyirdi və uğursuzluq yaşayırdı. Onun matçlara hazırlıq planında tayı-bərabəri yox idi! Hər şeyi bilirdi. Şübhəsiz, dünyanın ən yaxşı məşqçisidi. Qvardiola xüsusidi.

Luis Enrike ilə münaqişə

Bayramlardan sonra Argentinadan qayıtdım. Tarixi dəqiq xatırlamıram, deyəsən, yanvarın 2-si və ya 3-ü matçımız var idi, məşqçi isə məni ehtiyat oyunçular skamyasında saxladı. Onunla bir müddət davam edən mübahisəmiz oldu. Ancaq sonra hər şeyi həll etdik, klubda qaldığı son günə qədər münasibətlərimiz əla idi. Enrike getmək qərarını verəndə isə hamımız ondan qalmasını xahiş edir, uğur qazanacağımıza inandırırdıq.

Məşhurluq

Messi olmağın mənfi tərəfləri də var. Hərdən bu qədər məşhur olduğuma peşmanam. Bir sıra vəziyyətlərdə adi insan kimi görünmək, diqqəti özümə cəlb etməmək, kənardan daim kimlərinsə məni izləmədiyini bilmək istəyərdim. Sutkanın 24 saatı diqqət mərkəzində olmaq xoşuma gəlmir, amma buna artıq öyrəşmişəm.

Həyat yoldaşı

Antonellanı 7 yaşımdan tanıyıram. Mən Barselonaya köçəndən sonra daim ünsiyyətdə olmaq imkanımız yox idi. Həftədə bir dəfə zəngləşirdik, qısa müddətlik danışırdıq. Lakin həyatım boyunca beynimdə yalnız o var idi. Təkcə onunla münasibətlər haqda düşünürdüm.

Ailə

Özümü rahat və təhlükəsiz hiss etdiyim yer? Ailəm. Həmişə mənim üçün sığınacaq olub. Onlar daim mənə məsləhlətlər verir, öz fikrini bildirir. Ailəm və dostlarımla birgə vaxt keçirəndə milyonların tanıdığı Leo Messi yox, adi insan oluram. Hər il həyat yoldaşım və uşaqlarımla birgə Argentinaya yollanıb yaxınlarımla keçirdiyim günləri çox xoşlayıram. Bu, hər şeydən vacibdi.

Meydana daxil olub üzərinə qaçan fanatlar

Son vaxtlar bu problemlərlə tez-tez üzləşirəm. Hətta bəzi anlarda qorxu hissi keçirirəm. Məsələn, millinin Mayamidə Hondurasa qarşı son oyununda azarkeşin üzərimə qaçmasından sonra mühafizəçilər işə qarışdı. Az da olsa, mən də onlardan “öz payımı” aldım. Kiminsə öz sevgisini bu cür göstərməsi heç də yaxşı hal deyil. Ümumiyyətlə, belə anlarda fanatların nə etmək istədiyini və ya mühafizəçilərin hansı tədbirlər görəcəyini bilmək olmur. Bəzən aqressivlik göstərirlər, buna görə də xoşagəlməz vəziyyət yaranır.

Lionel Skaloni

O, həmişə xüsusi şəxsiyyət olub. Çox yaxşı məşqçidi. Ən üstün cəhəti isə futbolçularla qurduğu ünsiyyət və ümumilikdə komandaya rəhbərlik etmək bacarığıdı.

DÇ-2022

Avropa milliləri ilə elə də çox matç keçirmədiyimizi unutmayaq. Düzdü, onlar da bizimlə qarşılaşmağı heç sevmirlər, çünki Cənubi Amerika təmsilçiləriylə oyunlarda xeyli çətinlik çəkirlər. Argentina yığmasının hazırda yaxşı formada olduğunu fikirləşirəm, amma bizi vaxtından əvvəl çempion sayanlarla qətiyyən razı deyilən. Ümumiyyətlə, bu cür danışanlara fikir verməmək lazımdı. Belə axmaq düşüncələri yaxına buraxmamalıyıq. Nə özümüzün, nə də azarkeşlərimizin eyforiyaya qapılmasına imkan verməliyik. Realist olmaq və addım-addım hədəfə doğru irəliləmək lazımdı.

Messinin mundialda favoriti

Belə bir milli yoxdu. Ümumiyyətlə, adını çəkə biləcəyiniz istənilən komanda güclüdü. Turnirdə qələbə qazanmaq çətin olacaq. Fikrimcə, zədələrə baxmayaraq, Fransanın əla heyəti və inanılmaz potensialı var. Yüksək səviyyəli oyunçuları çoxdu, məşqçi uzun müddətdi yığmanı çalışdırır. Artıq dünya çempionu olmağı da bacarıblar. Braziliya da möhtəşəm futbolçulara sahibdi. Düzdür, balans planında müəyyən problemlərinin olduğu deyilir, amma Neymarı var. İspaniya konkret oyun planına malik güclü komandadı, heyətində çox keyfiyyətli futbolçular yer alıb.

Futboldan sonrakı həyat

Bu oyunu sevirəm. Meydana çıxmaq və zövq almağın özü mənim üçün çox şey deməkdi. Həyatım boyunca təkcə futbol oynamışam. Karyeramı bitirəndən sonra da həyatımın bu oyunla bağlı olacağına əminəm. Əlbəttə, bundan sonra uzun illər oynayacağımı düşünmürəm.

Yeri gəlmişkən…

Messi DÇ-2022-dən əvvəl həmyerlilərinə müraciət edib. Argentinalı superulduz bunları deyib: “Mühüm turnirlərdən əvvəl həmişə olduğu kimi, yenə də eyni şeyi söyləyirik. Sizin sevginiz üçün minnətdarlığımı bildirirəm. Mən də sizin kimi həyəcanlıyam. Hər zaman olduğu kimi, bu dəfə də əlimizdən gələni edəcəyik və qələbə üçün mübarizə aparacağıq. Təslim olmayacağımıza və hər şeyin yaxşı bitəcəyinə əminəm. Ümid edirəm ki, Tanrı Argentinaya kömək olacaq”.

Maraqlıdı…

Bugünlərdə Messi ilə bağlı maraqlı fakt ortaya çıxıb. Belə ki, 35 yaşlı hücumçunun millidəki bütün komanda yoldaşlarından fərqli, otağında tək yaşaması məlum olub. Bir çoxlarına maraqlı gələn məsələyə, nəhayət, yığmaya yaxın olan jurnalist Qaston Edula aydınlıq gətirib. Sən demə, məsələ Lionelin əvvəlki otaq yoldaşıyla bağlıdır.

Belə ki, Messi əvvəllər yığmada yaxın dostu Aquero ilə bir otağı bölüşüb. Məlum olduğu kimi, Serxio ürəyində yaranan problemlərə görə ötən ilin dekabrında karyerasını bitirmək məcburiyyətində qalıb. Nəticədə Leo artıq bir ildi milliyə gedərkən otağında tənha yaşayır.

RƏŞAD YUSİFOV

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

19-09-2022, 10:0

Messi Ronaldonu geridə qoydu

Dünya futbolu

28-10-2022, 23:0

Messi bunu bacaran ən yaşlı futbolçudu

Dünya futbolu

21-10-2022, 09:0

Messi ən yaxşı oldu

Dünya futbolu / Manşet

15-09-2022, 15:0

Messi bu göstəricidə Ronaldonu keçdi

Dünya futbolu

14-03-2022, 10:0

Messi bu göstəricidə “böyük beşlik”də liderdi

Aktual
“Gün gələcək, bu məsələnin əsl mahiyyətini bütün ictimaiyyət biləcək” - Bayrampurla bağlı sərt açıqlama
“Bilirdik ki, “Qarabağ”ı məğlub etmək üçün əzmkar oynamalıyıq” – ÇSKA-nın prezidenti
“Allah bizimlə idi” – ÇSKA-nın kapitanı “Qarabağ”la matçdan danışdı
“Sabah”ın Danimarka, “Qarabağ”ın Polşa yolçuluğu – detallar açıqlandı
“Bizə bu məsələ ilə bağlı hansısa rəsmi məlumat daxil olmayıb” - “Cəbrayıl”ın dəyəri cəmi 400 min manat imiş...
Bolqarıstan mətbuatı Xristo Yanevin Qurban Qurbanova qarşı planını ifşa etdi – start heyəti də açıqlandı!
Son xəbərlər
  • Dünən, 23:52
    "Turan Tovuz" Türkiyə klubuna qalib gəldi
  • Dünən, 23:31
    Cavid Hüseynovdan acı etiraf: “Komanda hələ ki 60 dəqiqə oynamağa hazırdı”
  • Dünən, 23:00
    İngiltərədə iş yerini dəyişəcək
  • Dünən, 22:39
    "Şamaxı" yarımmüdafiəçi transfer etdi
  • Dünən, 22:20
    “Kəpəz”in Qətər klubu ilə oyunu ləğv olundu
  • Dünən, 22:00
    “Hər üç klubumuzun uğursuzluğunu bəxtsizliklə əlaqələndirirəm” – Aslan Kərimov
  • Dünən, 21:44
    "Şəfa" "Araz-Naxçıvan"ı məğlub etdi
  • Dünən, 20:56
    “Milan”ı tərk etməyəcək
  • Dünən, 20:23
    "Barsa" titulu qorudu, “Real” problemlər içində batdı
  • Dünən, 19:42
    Milli futbolçu kokain testindən keçə bilmədi
  • Dünən, 19:01
    Lorenso ilə müqavilə yeniləndi
  • Dünən, 18:34
    Dünya çempionu əməliyyat olundu
  • Dünən, 18:00
    “Gün gələcək, bu məsələnin əsl mahiyyətini bütün ictimaiyyət biləcək” - Bayrampurla bağlı sərt açıqlama
  • Dünən, 17:25
    Gözlənilən təyinat rəsmən açıqlandı
  • Dünən, 16:54
    UEFA-dan Əliyar Ağayevə yeni təyinat
  • Dünən, 16:33
    Milli komandaya qayıtdı
  • Dünən, 16:02
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 15:31
    Şimali Amerikaya yollandı
  • Dünən, 15:02
    “Bilirdik ki, “Qarabağ”ı məğlub etmək üçün əzmkar oynamalıyıq” – ÇSKA-nın prezidenti
  • Dünən, 14:44
    "Orhus" - "Sabah" matçının hakimləri açıqlandı
  • Dünən, 14:14
    “Allah bizimlə idi” – ÇSKA-nın kapitanı “Qarabağ”la matçdan danışdı
  • Dünən, 13:45
    Bir gecədə üç sillə! – inkişaf nağılları bitdi
  • Dünən, 13:28
    “Sabah”ın Danimarka, “Qarabağ”ın Polşa yolçuluğu – detallar açıqlandı
  • Dünən, 12:57
    "Əsas məqsəd futbola yeni azarkeşlər qazandırmaqdı" - Cahangir Fərəcullayev
  • Dünən, 12:20
    Murad debüt etdi, komandası mərhələ adladı
  • Dünən, 11:57
    Azərbaycan futbolunda "Fantasy" dövrü başladı
  • Dünən, 11:28
    Meksikadan vətəninə qayıtdı
  • Dünən, 10:57
    “Bizə bu məsələ ilə bağlı hansısa rəsmi məlumat daxil olmayıb” - “Cəbrayıl”ın dəyəri cəmi 400 min manat imiş...
  • Dünən, 10:36
    Milli komandaya qayıtdı
  • Dünən, 10:15
    "İnsanlar nə qədər böyük klubu mübarizədən kənarlaşdırdığımızı anlayırmı?” - ÇSKA-nın baş məşqçisi
  • Dünən, 09:54
    "Futbolçular 120 dəqiqəlik oyuna tam hazır deyillər" - Qurban Qurbanov
  • Dünən, 00:50
    "Zirə" və "Neftçi" dayandı, "Qarabağ" Konfrans Liqasına düşdü - YENİLƏNİB
  • Dünən, 00:30
    Mahir oynadı, komandası KL-də mərhələ adladı
  • 30-07-2026, 23:0
    “Oyunun axarı artıq göstərirdi ki, qol vura bilməyəcəyik” – Rəşad Sadıqov
  • 30-07-2026, 23:0
    “Heç bir zorakılıq və qalmaqal yaşanmadı” – İnfantino mundialın təşkilatçılığını təriflədi
Daha çox
Oxunub: 359
Qurban Qurbanovdan Sofiya səfəri ilə bağlı gözlənilməz qərar – o, qələbənin açarını tapıb?
Oxunub: 216
“Bu səbəbdən ona oyunlarda şans vermirəm” – Abbas Hüseynovun taleyi bəlli oldu
Oxunub: 164
Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
Oxunub: 153
ÇSKA-nın stadionunda 72 saatda üç oyun keçiriləcək – ot örtüyü “Qarabağ”a problem yarada bilər!
Oxunub: 126
“Bu mövzu ilə bağlı sualları Cavid Hüseynova ünvanlamaq daha doğru olar” – “Cəbrayıl” niyə satıldı?
Oxunub: 120
“Dünən mənə elə şərtlərlə müqavilə təklif olundu ki...” - Rüstəm Məmmədov 9 illik karyerasına son qoydu
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə