İranla matç Ueyn Hennessi üçün ikiqat uğursuz alınıb.
"Football-plus.az" xəbər verir ki, 86-cı dəqiqədə meydandan qovulan Uels yığmasının oyunçusu 0:2 hesablı məğlubiyətə də üzülüb. O, dünya çempionatları tarixində qırmızı vərəqə alan 3-cü qapıçıdı. Ueyndən əvvəl belə cəzaya DÇ-1994-ün Norveçlə oyununda italiyalı Canluka Palyuka, DÇ-2010-un Uruqvaya qarşı oyununda isə cənubi afrikalı İtumelenq Kune məruz qalmışdı.