Mundiallar tarixində ilk

25.11.2022 20:51 350
DÇ 2026
Qətər millisi DÇ-2022-də ardıcıl ikinci oyunda məğlub olub.

Football-plus.az xəbər verir ki, Feliks Sançes Başın rəhbərlik etdiyi komanda qrup mərhələsinin ikinci oyununda Seneqala uduzub - 1:3. Qətər turnirdə ilk matçında da uduzub. Meydan sahibləri Ekvadordan 2 cavabsız qol buraxıb. Bununla da, Qətər mundiallar tarixinə düşüb. Belə ki, komanda dünya çempionatının qrup mərhələsində iki oyunda məğlub olan ilk ev sahibi olub.