B qrupunun açılış matçı mundiallar tarixinə düşdü

21.11.2022 21:35 350
DÇ 2026
DÇ-nin B qrupunun açılış matçında İngiltərə İranı məğlub edib - 6:2.

Football-plus.az xəbər verir ki, bu oyun mundiallar tarixinə düşüb. Belə ki, görüşün baş hakimi Rafael Klaus birinci hissəyə 14, ikinci yarıya isə 10 dəqiqə əlavə edib. Final fiti 117 dəqiqə 16 saniyə sonra səslənib. Bununla da, matç dünya çempionatları tarixinin ən uzunmüddətli qarşılaşması olub.

Buna qədər rekord 1994-cü ildə Cənubi Koreya və Boliviya komandaları arasında keçirilən oyuna məxsus idi. Komandalar 103 dəqiqə 56 saniyə ərzində oynayıblar.