• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Beşiktaşda ikinci Günəş dönəmi - YAZI

Manşet / Yazarlar

29-10-2022, 11:0

“Komandanın mənə ehtiyac duyduğunu hiss etdim”


Ötən sayımızda “Beşiktaş”ın ciddi dəyişikliklər astanasında olduğunu xəbər vermişdik.

Bilindiyi kimi, İstanbul nəhəngində Valerien İsmael dönəmi uzun çəkmədi və ardıcıl uğursuz nəticələrdən sonra 47 yaşlı mütəxəssis oktyabrın 26-da istefaya göndərildi. Dünən isə yeni baş məşqçi üçün imza mərasimi keçirildi və bununla da “Beşiktaş”da ikinci Şenol Günəş dönəminə start verildi.

Maaşı nə qədərdi və köməkçiləri kimdi?
Dünən yerli vaxtla səhər saat 11-də “Nevzat Dəmir” bazasında keçirilən imza mərasimində tücrübəli mütəxəssis “Beşiktaş” ilə ilyarımlıq, yəni 2023/24 mövsümünün sonuna qədər müqavilə imzaladı. Maddi detallar klub tərəfindən açqılanmasa da, Türkiyə mətbuatında gedən xəbərlərə görə, 70 yaşlı çalışdırıcı illik 1,5 milyon avro qazanacaq. Bonuslarla birlikdə bu məbləğ 2 milyon avroya çatacaq. İlk dönəmində “ağ-qaralar”ın başında 2 dəfə (2015/16, 2016/17) çempionluq sevinci yaşayan Günəşin köməkçiləri də məlumdu. Bu funksiyanı Ərən Şafak, Şərəf Çiçək və Tamər Tuna yerinə yetirəcək. Onların hər üçü daha öncə Türkiyə yığmasında da Günəşlə birlikdə çalışmışdı. İmza mərasimində Şenol hoca ilə bərabər başqan Ahmet Nur Çəbi və idman direktoru Ceyhun Kazancı da iştirak etdi. Sonuncunun durumu çox böyük maraq doğururdu. Çünki şayiələrə görə Kazancı Günəşin təyinatını dəstəkləmirdi. O, daha çox əcnəbi məşqçilərin tərəfdarı idi. Amma Kazancının seçimi olan İsmael ümidləri doğrultmadığından bu dəfə Ahmet Nur Çəbi özü seçim edərək Günəşə üstünlük verdi. Məşhur mütəxəssis imza mərasimində ilk açıqlamalarını verərək Ceyhun Kazancı ilə bağlı da fikirlərini dilə gətirdi:

“Mənə bu şansı verən “Beşiktaş” rəhbərliyinə təşəkkür edirəm. Son dönəmdə fanatların mənə verdiyi dəstəyə görə minnətdaram. Bu, onu göstərir ki, əvvəlki dönəmimdə burda gözəl işlər görmüşəm. İndi isə hər şey yenidən başlayır. Şərtlərin bu cür olmasını heç kim istəməzdi. Amma futbolda uğursuzluq zamanı dəyişikliklər qaçılmaz olur. Məndən öncə çalışan Valerien İsmaelə və köməkçilərinə təşəkkür edirəm. Buraxdıqları yerdən daha yaxşısına nail olmaq üçün burdayam. Həm mənim, həm də klubun uğura ehtiyacı var. Heyətdə ciddi dəyişikliklər etməyi planlaşdırmıram. Hər kəsə zövq verəcək futbol sərgiləməyə çalışacağıq. Çempionluq üçün yarışacağıq. Bu mövsüm bütün böyük camiələr iddialıdı. Ümid edirəm ki, gərginlik yaşanmayacaq. Çünki belədə enerjimizi boşuna sərf edirik. Mənim dönəmimdən sonra Sərgən Yalçınla qazanılan bir çempionluq var. “Beşiktaş” son 10 ildə ən çox çempion olan klubdu. “Trabzonspor” da son çempionluğu ilə adından söz etdirdi. Komandanın içindəki durumla tanış olduqdan sonra problemlərin səbəbini anlamağa çalışacam. Məsələn, yuxarı pillələrə baxsaq, görərik ki, ən çox qol buraxan komanda “Beşiktaş”dı. Bunu konkret bir səbəblə izah etmək düzgün olmaz. Artıq məsuliyyət mənim üzərimdədi. Mən bu komandanın beyni olacam. Oyunçular isə mənim gözüm, qulağım olacaq. Fanatlar da komandaya gözəl dəstək verir. Bu dəstəyi itirməməliyik. Dele Allidən daha yaxşı faydalanmağa çalışacağıq. “Tottenhem”də ən yaxşı üç oyunçudan biri idi. Əvvəlki oyununun hətta 50 faizini belə burda sərgiləsə, yetər. Yəni çalışacağıq ki, rəqabət yaradaq və bütün oyunçular öz potensiallarını gösətrməyi bacarsınlar. Əlimizdə çox yaxşı yerli və əcnəbi oyunçular var. Çəbi ilə bir-birimizi uzun illərdi tanıyırıq. Amma dostluğumuz ayrı, iş ayrıdı. Əslində çox qərarsız idim. Amma başqan görüşmək istədi, mən də etiraz etmədim. “Beşiktaş”ın mənə ehtiyac duyduğunu hiss etdim. İlk növbədə DÇ-yə qədər hər üç oyunumuzu qazanmağa çalışacağıq. Ondan sonra ətraflı plan tərtib edəcəyik. Ceyhun Kazancı mənə qədər olduğu kimi, məndən sonra da klubda çalışmaqda davam edəcək. Başqanımızın da çox sevdiyi bir isimdi. Yönəticilik tərzi xoşuma gəlir. Həm də yaxşı danışıq qabiliyyəti var. Ona burda “az danış, çox iş gör” dedim. Amma bəzən susanda da başqa cür anlaşılır. Ceyhun bəy gördüyüm hər işdə mənə yardım edəcək. Gənc, istəkli və həyəcanlıdı. Mənim yanımda təcrübə qazanacaq və yeni şeylər öyrənəcək. Bu gələcəkdə onun özü üçün də faydalı olacaq”.


Sərgən Yalçın “Beşiktaş”dan inciyib?
İkinci Günəş dönəmi sabah 12-ci tur çərçivəsində “Ümraniyəspor”a qarşı keçiriləcək ev oyunu ilə start götürəcək. Bu arada yeni təyinatın ardından fanatların biletlərə böyük maraq göstərdiyi məlub olub. Biletlərin qısa müddətdə satılması rəhbərliyi də sevindirib. Sabahkı oyunda “Vodafon Park”da anşlaq olacağı gözlənilir. Daha öncə 2015-19-cu illərdə klubu çalışdırmış Şenol Günəş “Beşiktaş” tarixində iki fərqli dönəmdə çalışan 11-ci mütəxəssis oldu. Əvvəlki illərdə bunu Refik Osman Top (1935-44, 1946/47), Hakkı Yetən (1949, 1950/51), Sandro Puppo (1953/54, 1960/61), Andraş Kuttik (1959/60, 1961/62), Lyubişa Spayiç (1962/63, 1964-67), Rəcəp Adanır (1968, 1970, 1977), Mətin Türəl (1973/74, 1980), Miloş Milutinoviç (1977/78, 1986/87), Kristof Daum (1994-96, 2001/02) və Tayfur Havutçu (2011, 2012) bacarmışdı. “Beşiktaş”ın sabiq oyunçuları da bu təyinata biganə qalmadı. 2018/19-un ikinci dövrəsində “Beşiktaş”da Günəşin başçılığı altında oynamış Burak Yılmaz “uğurlar, sizə hər şeyin ən yaxşısı yaraşır” ifadəsini yazaraq bu mütəxəssislə olan şəklini paylaşdı. 2015/16-dakı çempionluğa töhfə verən Mario Qomes qartal şəklini paylaşdısa, 2016/17-dəki çempionluqda pay sahibi olan Talişka “mükəmməl bir insan” sözünü paylaşdı. Sözügedən hər iki çempionluqda heyətdə olan Marselo Gedeşin həyat yoldaşı və hətta 2018/19-da “Beşiktaş”da Günəşin köməkçisi olmuş Quti də məşqçiyə uğurlar arzuladı.

Camiədə Günəşin təyinatı ilə bağlı sevinc yaşanarkən dünən klubun sabiq rəsmisi Cəlal Kolot Sərgən Yalçın haqda gündəmə düşən açıqlamalar verdi. Müxtəlif dönəmlərdə “ağ-qaralar”da fərqli vəzifələri icra edən, 2017-ci ildə futbol şöbəsinə cavabdeh yönətici kimi çalışan Kolotun sözlərindən belə başa düşmək olar ki, Yalçın “Beşiktaş” rəhbərliyindən inciyib:

“Bu rəhbərlik həm də Sərgənlə görüşərək ona “bizdən xəbər gözlə” dedi. Amma onlardan bir xəbər çıxmadı. Sərgənlə oyun oynadılar. Onunla görüşərkən əslində artıq Günəşlə anlaşmışdılar. Bunu Sərgən özü deyir. Məncə, Sərgənə yarımçıq qalan hekayəsini tamamlamaq üçün fürsət verilsəydi, daha yaxşı olardı. Amma Çəbi Günəşi seçdi. Zatən Çəbi ilə Sərgənin ulduzu heç vaxt barışmayıb! Əslində Sərgən kluba qayıtmağı çox istəyirdi. Məndə olan məlumata görə, Günəş “Beşiktaş” ilə anlaşmadan öncə federasiya rəsmiləri ilə də görüşmüşdü. Onun yığmanın başına qayıtmaq ehtimalı var idi. Amma göründüyü kimi, “Beşiktaş” daha cəld tərpəndi”.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

2-09-2022, 23:0

“Beşiktaş” bu yay 3-cü yetirməsini satmaq üzrədi

Dünya futbolu

28-10-2022, 18:0

“Beşiktaş”da İsmael dönəmi başa çatdı

Dünya futbolu

24-03-2022, 20:0

''Beşiktaş''ın yeni məşqçisi kimdi?''

Dünya futbolu

11-09-2022, 19:0

Vidanın meneceri “Beşiktaş”ı məhkəməyə verdi

Aktual
Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
“Agentim “Rakuv”la bir aydan çox danışıq apardı” - Mahir Polşaya niyə qayıtdı?
"Sabah" Finlandiyaya yollandı - Dambrauskas jurnalistlərlə görüşəcək
“Məsələ günahkar axtarmaq yox, oyunu necə xilas etməyi düşünməkdi” - Şahin Diniyev “Neftçi”yə inanır
“Səbail” Türkiyəyə gedir, amma burda yeri yoxdu
ÇSKA-nın “Qarabağ”la “sülh”ü buzları əritdi – komanda ölkəsində tərif eşitdi
Son xəbərlər
  • Bu gün, 12:00
    "Zaqatala" baş məşqçisi ilə vidalaşdı
  • Bu gün, 11:36
    Kamal Umudluya UEFA-dan təyinat
  • Bu gün, 11:15
    "Bu məqam oyun keyfiyyətinə təsirsiz ötüşmür" - Arif Əsədov "Qarabağ"a mane olan amili açıqladı
  • Bu gün, 10:49
    Özbək futbolçu ilə müqavilə yeniləndi
  • Bu gün, 10:18
    "Turan Tovuz" Türkiyə klubuna qarşı
  • Bu gün, 10:00
    Baş məşqçi vəzifəsində 4 ay işlədi
  • Dünən, 23:51
    Luka Erlayn Almaniyada klubunu dəyişib.
  • Dünən, 23:14
    İngiltərə klubunu tərk etdi
  • Dünən, 22:44
    FİFA-nın reytinq siyahısında lider oldu
  • Dünən, 22:13
    Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
  • Dünən, 21:44
    Mançesterdən Madridə yollandı
  • Dünən, 21:13
    İngiltərədə iş yerini dəyişə bilər
  • Dünən, 20:42
    "Sumqayıt" "Kəpəz"lə heç-heçə etdi
  • Dünən, 20:11
    "Şamaxı" Qətər klubuna böyük hesabla qalib gəldi
  • Dünən, 19:40
    Toral "Şaxtyor"a qarşı oyunun start heyətində
  • Dünən, 19:08
    DÇ-2026-nın arzuolunmaz rəmzi yığmasına kimlər düşdülər?
  • Dünən, 18:37
    Təxminən 4 ay “istirahət edəcək”
  • Dünən, 18:06
    “Milan”ı tərk etməyəcək
  • Dünən, 17:35
    "Çempionatın startına kimi komanda daha yaxşı hazır olacaq" - Zaur Həşimov
  • Dünən, 17:03
    Salibanı kim əvəz edəcək?
  • Dünən, 16:32
    Mahir start heyətində!
  • Dünən, 16:00
    İngiltərədə klubunu dəyişdi
  • Dünən, 15:32
    Yeniyetmə istedad “Liverpul”a qoşuldu
  • Dünən, 15:11
    “Agentim “Rakuv”la bir aydan çox danışıq apardı” - Mahir Polşaya niyə qayıtdı?
  • Dünən, 14:53
    Zambiyalı futbolçu "Kəpəz"də
  • Dünən, 14:32
    Gözlənilən təyinat rəsmiləşdi
  • Dünən, 14:01
    Qapıçı ilə müqavilə yeniləndi
  • Dünən, 13:40
    "Sabah" Finlandiyaya yollandı - Dambrauskas jurnalistlərlə görüşəcək
  • Dünən, 13:19
    "Şamaxı" Qətər klubu ilə üz-üzə
  • Dünən, 12:58
    Klubuna daha bir il gərək oldu
  • Dünən, 12:27
    “Məsələ günahkar axtarmaq yox, oyunu necə xilas etməyi düşünməkdi” - Şahin Diniyev “Neftçi”yə inanır
  • Dünən, 12:01
    İngiltərə futbolunda böyük itki
  • Dünən, 11:33
    Qarsiyaya xələf olacaq
  • Dünən, 11:00
    Dünya çempionu əməliyyat olunacaq
  • Dünən, 10:30
    Klubu ilə yenidən anlaşdı
Daha çox
Oxunub: 212
“İmişli”nin taleyi bəlli oldu – Arazın bu tayından Kürün o tayına
Oxunub: 146
Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
Oxunub: 123
“Neftçi” bazar deyil, “Neftçi” xalqdı” - fanklub rəhbərindən sərt açıqlama
Oxunub: 106
“Sabah” üçün çətin, “Neftçi” üçün mümkünsüz vəzifə! - onlar rəqiblərə yerini göstərə biləcəkmi?
Oxunub: 101
“Neftçi”nin səhvlərini yalnız yeniyetmələrdən ibarət komandalar edə bilər” - belaruslular da şoka düşüb
Oxunub: 89
Maluda ilə bağlı qeyri-müəyyənlik – fransalı cavab matçında oynayacaqmı?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə