• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Beşiktaş”da İsmael dönəmi başa çatdı

Dünya futbolu

28-10-2022, 18:0

“Beşiktaş” camiəsi növbəti məşqçi dəyişikliyinin astanasındadı.

Bu ayın əvvəlində, daha dəqiq desək, oktyabrın 4-də başqan Ahmet Nur Çəbi keçirdiyi mətbuat konfransında baş məşqçi Valerien İsmaelə dəstək nümayiş etdirsə də, fransalı mütəxəssis faktiki bu vəzifədə son saatlarını keçirir...

Komandada ab-hava yaxşı deyildi

İstanbul nəhənginin son turda autsayder “Hatayspor” önündə şok məğlubiyyəti bardağı daşıran son damla oldu. İsmaelin oyundan sonra verdiyi qalmaqallı açıqlamaların ardından klubda qalmayacağı bəlli olmuşdu. 47 yaşlı mütəxəssis məğlubiyyətdə oyunçuları günahlandıraraq onlardan bəzilərinin var gücü ilə oynamadığına işarə vurmuşdu. Komandanın lideri və əsas qol silahı Vut Veqhorst isə İsmaelin taktikasını tənqid edərək komandanın monoton hücumlar qurduğunu və rəqibləri təəccübləndirə bilmədiyini iddia etmişdi. Zatən fanatlarla ulduzu heç cür barışmayan və özünü onlara sevdirə bilməyən İsmaelin belə ab-havada komandada qalması mümkün görünmürdü. Srağagündən etibarən rəhbərlik həm təzminat məsələsini həll etməyə, həm də yeni məşqçinin axtarışlarına başladı. Türkiyə mətbuatının yazdığına inansaq, illik məvacibi 1,2 milyon avro olan İsmaellə təzminat məsələsində anlaşmaq çətin olmadı. Ona təxminən 400-450 min avro ödəniləcək. Srağagün bazaya gələrək əşyalarını toplayan və hamı ilə vidalaşan mütəxəssis dünənki məşqdə komandanın başında yer almadı. Məşq U-19 komandasının çalışdırıcısı Sərdar Topraktəpənin başçılığı altında keçirildi. Qısaca qeyd edək ki, daha öncə “Nürnberq”, “Volfsburq”, Apollon, LASK, “Barnsli” və “Vest Bromviç”i çalışdıran Valerien İsmael “Qartal”ın başına bu il martın 25-də keçmişdi. Həmin vaxt 8-ci pillədə qərarlaşan komanda mövsümü 6-cı pillədə tamamladı. Bu yay diqqətçəkən transferlər həyata keçirən “ağ-qaralar” 5-ci turdan sonra 4 qələbə, 1 heç-heçə ilə zirvədə qərarlaşmışdılar. Amma 6-cı turda evdə “İstanbul BŞ”yə minimal hesablı məğlubiyyətdən sonra komandada ciddi eniş başladı. Təsadüfi deyil ki, “Beşiktaş” son 6 turda cəmi 1 qələbə qazanıb və 18 mümkün xaldan cəmi 6-nı toplayıb. Ümumilikdə komanda İsmaelin dönəmində keçirdiyi 19 qarşılaşmadan 8 qələbə, 8 heç-heçə, 3 məğlubiyyətlə ayrılmış oldu. Bu oyunların hamısı superliqaya təsadüf etdi.

Yeni məşqçi məlumdu?

Yeni məşqçiyə gəlincə, mətbuatda dərhal bir çox mütəxəssisin adı hallanmağa başladı. Şenol Günəş, Sərgən Yalçın, Rza Çalımbay, İlhan Palut, Mirça Luçesku, Stiven Cerrard, Rafael Benites... Bir ara sosial şəbəkələrdə və saytlarda Luçeskunun Kiyev “Dinamo”sundan ayrılaraq “Beşiktaş”a qayıda biləcəyi ilə bağlı ciddi xəbərlər yayıldı. Xatırladaq ki, rumıniyalı mütəxəssis 100 illik yubileyində, yəni 2002/03 mövsümündə “Beşiktaş”a çempionluq yaşadıb. Amma “Dinamo”nun prezidenti İqor Surkisin Luçeskunun ayrılacağı ilə bağlı şayiələri qətiyyətlə təkzib etməsindən sonra bu variant gündəmdən düşdü. Əslində namizədlərdən yalnız ikisinin – Sərgən Yalçınla Şenol Günəşin təyinatı real görünür. Çünki İsmaeldən sonra rəhbərliyin belə desək, yenidən macəra axtarışına başlayacağı inandırıcı görünmür. “Beşiktaş”a indi ölkə futbolunu, komandanı yaxından tanıyan, eləcə də dərhal nəticə vermək iqtidarında olan bir məşqçi lazımdı. Çox güman, rəhbərlik Sərgən Yalçın və Şenol Günəş arasında seçim edərək üstünlüyü ikinciyə verib. Hadisələrin axarı onu göstərir ki, “Qartal”ın yeni çalışdırıcısı məhz Günəş olacaq. Şayiələrə inansaq, rəhbərlik 70 yaşlı mütəxəssislə görüşərək ona “1,5+1” illik müqavilə təklif edib. Dünən camiəyə yaxınlığı ilə tanınan futbol şərhçisi və klubun sabiq yönəticisi Sinan Ənginin Günəşlə olan şəklini paylaşması və “xeyirli olsun” yazması diqqəti çəkdi. Bu təyinatın ən qısa müddətdə rəsmiləşəcəyi gözlənilir. Xatırladaq ki, ən son Türkiyə yığmasını çalışdıran və ötən ilin sentyabrından bəri işsiz olan Günəş yaxın keçmişdə “Beşiktaş”ın tarixində iz buraxmağı bacarıb. 2015-19-cu illərdə 4 mövsüm klubu uğurla çalışdıran təcrübəli mütəxəssis iki dəfə çempionluq sevinci yaşayıb. Ümumilikdə “Beşiktaş” onun rəhbərliyi altında keçirdiyi 199 rəsmi oyundan 117 qələbə, 46 bərabərlik və 36 məğlubiyyətlə ayrılıb.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

24-03-2022, 20:0

''Beşiktaş''ın yeni məşqçisi kimdi?''

Dünya futbolu

20-10-2022, 21:0

İsmaelin təzminatı nə qədərdi?

Dünya futbolu

16-07-2022, 11:0

''Beşiktaş'' bundesliqa klubunu məğlub etdi

Dünya futbolu

27-06-2022, 14:0

Məhşur forvard ''Beşiktaş'' üçün İstanbula gəlir

Dünya futbolu

25-10-2022, 22:0

İsmael futbolçuları, Veqhorst İsmaeli günahlandırdı

Aktual
"Dinamo-Minsk"i Bakıda dəstəkləyəcək azarkeş sayı açıqlandı
“Yaxşı futbol oynamaq üçün imkan var” – Estoniya “Zirə”ni necə qarşıladı?
“Heç “Karvan-Yevlax”la oyunda da da belə etməmişəm” - Puxaç
KuPS da qisasdan danışır – “hədəf aydındı: əvvəl hesabı bərabərləşdirmək, sonra irəli çıxmaq”
"Forza Neftçi" çempionluq tələb etdi, bəs, "Neftçi" necə qarşıladı? - REPORTAJ
Toral yenə start heyətində yer aldı – o, “Şaxtyor”a qarşı da oynaya bilər!
Son xəbərlər
  • Bu gün, 10:52
    UEFA reytinqində mövqeyimiz dəyişmədi
  • Bu gün, 10:31
    "Karvan-Yevlax"dan daha iki transfer
  • Bu gün, 10:00
    "Qarabağ" evdə, "Zirə" səfərdə döyüşəcək - YENİLƏNİR
  • Dünən, 23:49
    “Neftçi” bazar deyil, “Neftçi” xalqdı” - fanklub rəhbərindən sərt açıqlama
  • Dünən, 23:23
    "Qarabağ"a qarşı uğurlu çıxış etmək istəyirik" - ÇSKA-nın baş məşqçisi
  • Dünən, 22:56
    "Qalib olmağa gəlmişdik" - "Dinamo-Minsk"in baş məşqçisi
  • Dünən, 22:26
    "Mənə elə komanda deyin ki, hər matçı qazansın" - Yuri Vernidub
  • Dünən, 21:54
    Abubakar "Kəpəz"də
  • Dünən, 21:26
    Fransadan Portuqaliyaya yollandı
  • Dünən, 20:59
    "Çalışacağıq ki, rəqibin oyununu pozaq" - Rəşad Sadıqov
  • Dünən, 19:39
    "Alınsa, iki transfer həyata keçirəcəyik" - Qurban Qurbanov
  • Dünən, 19:18
    "Kəpəz"də ayrılıq
  • Dünən, 19:00
    "Neftçi" - "Dinamo-Minsk": START HEYƏTLƏRİ
  • Dünən, 18:45
    "Dinamo-Minsk"i Bakıda dəstəkləyəcək azarkeş sayı açıqlandı
  • Dünən, 18:20
    ''Fənər''in sabiq ulduzunun yeni klubu bəlli oldu
  • Dünən, 17:59
    “Yaxşı futbol oynamaq üçün imkan var” – Estoniya “Zirə”ni necə qarşıladı?
  • Dünən, 17:00
    "Şəfa"dan daha bir transfer
  • Dünən, 16:29
    Freddi Varqas "Neftçi"də!
  • Dünən, 15:58
    “Çox xoşbəxt olduğumuzu deyə bilmərəm” – Coy-Lens Mikels
  • Dünən, 15:29
    “Heç “Karvan-Yevlax”la oyunda da da belə etməmişəm” - Puxaç
  • Dünən, 15:13
    "Neftçi" Çempionlar Liqasına qələbə ilə başladı
  • Dünən, 14:28
    Dünya çempionu vətəninə qayıtmadı
  • Dünən, 13:55
    Güləş yığmasının dünya çempionatı üçün heyəti açıqlandı – 29 pəhləvan...
  • Dünən, 13:39
    KuPS da qisasdan danışır – “hədəf aydındı: əvvəl hesabı bərabərləşdirmək, sonra irəli çıxmaq”
  • Dünən, 12:51
    İspaniyadan İngiltərəyə üz tutdu
  • Dünən, 12:20
    "Forza Neftçi" çempionluq tələb etdi, bəs, "Neftçi" necə qarşıladı? - REPORTAJ
  • Dünən, 11:54
    Toral yenə start heyətində yer aldı – o, “Şaxtyor”a qarşı da oynaya bilər!
  • Dünən, 11:23
    Leverkuzenə qayıtmayacaq
  • Dünən, 10:52
    UEFA reytinqində mövqeyimiz möhkəmləndi
  • Dünən, 10:31
    İngiltərədə iş yerini dəyişə bilər
  • Dünən, 10:30
    Aaron Maluda xəstədi? – Dambrauskas özü-özünü təkzib edir
  • Dünən, 10:00
    Yenidən paytaxt klubuna xidmət edəcək
  • 21-07-2026, 23:0
    Belçikadan İngiltərəyə üz tutacaq
  • 21-07-2026, 23:0
    Erməni güləşçilər Bakıya gələcək
  • 21-07-2026, 23:0
    Gözlənilən təyinat rəsmən açıqlandı
Daha çox
Oxunub: 190
“Sabah” rəsmisindən “Liv Bona Dea Arena” açıqlaması – klub ora nə vaxt köçəcək?
Oxunub: 164
Varqas “Neftçi”yə nə vaxt qoşulacaq?
Oxunub: 139
“Zirə” Kutaisini qaynar qazana çevirdi – “Torpedo”nun kapitanı döyüldü, söyüldü!
Oxunub: 134
Gəncə stadionu və onminlərlə azarkeş Azər Məmmədovu çəkindirmir!
Oxunub: 130
Maluda Duranla komanda yoldaşı olacaq? – “Sabah”dan iddialara reaksiya
Oxunub: 128
Varqas artıq Bakıdadı, “Neftçi”də qalması an məsələsidi
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə