• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Superliqanın səviyyəsi Allini təəccübləndirib - AÇIQLAMA

Dünya futbolu

29-09-2022, 13:0

“Beşiktaş”ın bu yay hay-küylü transferlərindən olan Dele Alli Türkiyə mətbuatına açıqlamalar verib.

Football-plus.az xəbər verir ki, “Everton”dan birilliyə icarəyə götürülən 26 yaşlı ingiltərəli yarımmüdafiəçi “Qartal”da cəmi iki oyun keçirsə də, artıq qol hesabını açmağa müvəffəq olub. Alli son 2 turu zədə üzündən buraxsa da, qarşıdan gələn “Fənərbaxça” ilə derbidə onun meydanda olacağı gözlənilir:

“Türkiyəyə ayaq basdığım gündən etibarən hər şey mənim üçün çox gözəl keçir. Qol vurandan sonra fərqli şəkildə sevinməyi xoşlayıram. Bəzən sevinci əvvəlcədən planlaşdırıramsa, bəzən əksinə, həmin an ağlıma gələni edirəm. Gənc oyunçu olanda üzərində o qədər də təzyiq hiss etmirsən. Amma qol vurduqca və yaxşı performans sərgiləməyə başladıqca diqqət mərkəzinə düşürsən. Daim göz önündə olmağa başlayırsan. Futbolda eniş-yoxuşlu qrafiklər çox olur. Mən də bunu yaşadım və son illər mənim üçün çox çətin keçdi. Uzun müddət oynamağa həsrət qaldığım anlar oldu. Oynamayan futbolçunun performansı, təbii ki, zəifləməyə başlayır. Ona görə də yuxarı səviyyələrdə olarkən bunun dəyərini bilmək lazımdı. Yaşım ötdükcə bunların hamısını anlamağa başlayıram. “Beşiktaş”ın təklifinin mənim üçün əla bir fürsət olduğunu düşündüm. Menecerimə bu fürsəti əldən verməməyi tapşırdım. Açığı, Türkiyə çempionatının səviyyəsi məni yaxşı mənada təəccübləndirdi. Həm psixoloji, həm də fiziki cəhətdən çətin turnirdi. Rəqabət ən üst səviyyədədi. Burda futbol insanlar üçün böyük məna daşıyır. Bu da təzyiq yaradır. Amma bu təzyiqin öhdəsindən gəldikdə yaxşı nəticələr qazanmaq mümkündü. Əlimdən gələni edəcəm. Komanda olaraq yaxşı formadayıq və bu formamızın itməsinə imkan verməməliyik. İngiltərədə bir çox derbidə iştirak etmişəm. Amma buranın derbiləri fərqlidi. Qarşıdan gələn “Fənərbaxça” ilə derbinin həyəcanını yaşayıram. Oteldə, küçədə, hər yerdə insanlar mənə derbi barədə sual verir. Mən də bu böyük oyunun bir parçası olacam. Zədələnməyim heç yerinə düşmədi. Amma indi özümü çox yaxşı hiss edirəm. Yığmaya qayıtmaq arzusundayam. Burda göstərəcəyim performansla yığmanın məşqçilər korpusunun diqqətini cəlb etmək istəyirəm. Gələcəyim haqda düşünmək istəmirəm. Burda insanların böyük sevgisi ilə üzləşdim. Ona görə də bu sevginin qarşılığımı vermək, komandaya yardım etmək, fanatların üzünü güldürmək, potensialımı göstərmək və çempion olmaq barədə düşünürəm. Müqavilə məsələsini isə mövsümün sonunda müzakirə edəcəyik. “Ankaragücü” ilə oyunun final fitindən sonra yaşananlar normal deyildi. Jozefin yerinə olsam, mən də eyni şeyi edərdim. Komanda yoldaşlarımızı qorumalıyıq. Daha öncə heç vaxt belə şey görməmişdim. Türkiyədə oyunun tez-tez dayanmasından şikayət edilir. Amma İngiltərədə də bu durum yaşanır. Tempi aşağı salmaq üçün bəzən komandalar taktiki hiyləgərliklər edirlər. Bu hər yerdə var. Bu baxımdan İngiltərə ilə arada çox böyük fərqin olduğunu düşünmürəm”.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

26-08-2022, 10:0

Dele Alli "Beşiktaş"la müqavilə imzaladı

Dünya futbolu

27-08-2022, 11:0

“Beşiktaş” Dele Alliyə qovuşdu

Dünya futbolu

17-08-2022, 18:0

"Everton"dan "Beşiktaş"a

Dünya futbolu

21-08-2022, 13:0

Allinin ''Beşiktaş''a transferində problem yaranıb

Aktual
“Səfərdə heç-heçə də bizim üçün yetərlidi” – “Orhus”un baş məşqçisi qələbədən əlini üzüb?
Savonun durumu bilindi - əməliyyat olunmayacaq
“Sabah”ın rəqibi ilk oyundan sonra zədələrdən əziyyət çəkir
“Onları “Qarabağ”ın fəlsəfəsinə uyğunlaşdırmaq asan proses deyil” - “Qarabağ”a nə olub?
“Sabah” – “Orhus” oyununa neçə bilet satılıb? – hələ sənin üçün də yer var!
“Güclü klub yıxılandan sonra yenidən ayağa qalxa bilir” – Mirzə Bayrampur
Son xəbərlər
  • Bu gün, 22:45
    “Səfərdə heç-heçə də bizim üçün yetərlidi” – “Orhus”un baş məşqçisi qələbədən əlini üzüb?
  • Bu gün, 22:16
    Savonun durumu bilindi - əməliyyat olunmayacaq
  • Bu gün, 21:55
    “Sabah”ın rəqibi ilk oyundan sonra zədələrdən əziyyət çəkir
  • Bu gün, 21:51
    Dünya çempionu vəfat etdi
  • Bu gün, 21:21
    “Real”ın mənə ehtiyac duyduğu hər mövqedə oynamağa hazıram” - Bernardo Silva heyranlıq duyduğu futbolçuların adlarını açıqladı
  • Bu gün, 20:46
    "Şimal" xaçmazlı iş adamı ilə əməkdaşlıq müqaviləsi imzaladı
  • Bu gün, 20:13
    "Sumqayıt" Qətər klubu ilə heç-heçə etdi
  • Bu gün, 19:51
    Yuri Vernidub: "Məsuliyyət tamamilə mənim üzərimdədi" - VİDEO
  • Bu gün, 19:21
    “Onları “Qarabağ”ın fəlsəfəsinə uyğunlaşdırmaq asan proses deyil” - “Qarabağ”a nə olub?
  • Bu gün, 18:54
    Türkiyəli qapıçı ''Yunayted''dən ayrılaraq İspaniyaya yollandı
  • Bu gün, 18:26
    Rüstəm Samiqullin "Karvan-Yevlax"da
  • Bu gün, 17:50
    Məğlub Nəriman!
  • Bu gün, 17:34
    "Xarakterimizdə təslim olmaq yoxdu” - Musa Qurbanlı
  • Bu gün, 17:20
    “Sabah” – “Orhus” oyununa neçə bilet satılıb? – hələ sənin üçün də yer var!
  • Bu gün, 16:57
    “Zirə” Namik Ələskərovla yolları ayırdı
  • Bu gün, 16:26
    “Güclü klub yıxılandan sonra yenidən ayağa qalxa bilir” – Mirzə Bayrampur
  • Bu gün, 15:55
    “Avqustun istisi danimarkalı futbolçular üçün çətinlik yaradacaq” - ekspert fikri
  • Bu gün, 15:44
    Elvinin durumu necədi? - "Qarabağ"dan açıqlama
  • Bu gün, 14:53
    İspaniya superkuboku Türkiyədə keçiriləcək?
  • Bu gün, 14:22
    "Şəfa" "Neftçi" və "Qarabağ"a qalib gəldi
  • Bu gün, 13:51
    “Stadionun möhtəşəmliyini sözlə ifadə etmək mümkünsüzdü” - “Xəmsə” tərif yağdırdı
  • Bu gün, 13:20
    UEFA reytinqində mövqeyimizi qoruduq
  • Bu gün, 12:59
    ''Beşiktaş'' yubiley qələbəsini azlıqda qazandı
  • Bu gün, 12:28
    "İnanıram ki, “Kəpəz” bu stadionu tam dolduracaq" - Azər Məmmədov
  • Bu gün, 12:06
    ''Qalatasaray''ın maraq göstərdiyi rusiyalı ulduzun meneceri nələr dedi?
  • Bu gün, 11:35
    O "Qarabağ" artıq yoxdu!
  • Bu gün, 11:00
    "Sabah" - "Orhus" oyununun hakimləri dəyişdirildi
  • Bu gün, 10:36
    Murad Avropa Liqasında oynadı, komandası uduzdu
  • Bu gün, 10:00
    "Qarabağ"a daha çox qol vura bilərdik" - "Dinamo"nun baş məşqçisi
  • Dünən, 23:55
    "Qarşımızda yaxşı müdafiə olunan bir komanda var idi" - Qurban Qurbanov
  • Dünən, 23:19
    Mahir KL-də oynadı, komandası heç-heçə etdi
  • Dünən, 22:57
    "Qarabağ" "Dinamo"ya uduzdu - YENİLƏNİB
  • Dünən, 22:28
    “Demək olar ki, bütün gün stadiondayıq” – sonra da Faiq Cabbarova yardım edəcəklər
  • Dünən, 22:08
    "Kəpəz" yeni stadionunda "Karvan-Yevlax"ı məğlub etdi
  • Dünən, 21:30
    "Şəfa" rəhbərliyi komanda ilə görüşdü
Daha çox
Oxunub: 180
Koxalski, sən nə etdin? – getmək istəyirsən, bəhanəsiz get!
Oxunub: 128
“Qurban Qurbanov meydana çıxmaq üçün hazırlaşmasını istəmişdi, lakin...” – Bəhlulun qayıdışına nə mane olub?
Oxunub: 117
“Elə bayaq da Musa Qurbanlı ilə bir yerdəydik” – FİF-in direktoru
Oxunub: 95
"Neftçi" seçim qarşısındadı: ağ, yoxsa qara?
Oxunub: 82
O "Qarabağ" artıq yoxdu!
Oxunub: 79
Nonsens: “Kəpəz”in veteranı xəstədi, veteranlar AFFA-ya üz tutur!
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə