Murad Avropa Liqasında oynadı, komandası uduzdu

7.08.2026 10:36 7
Avrokuboklar
Murad Məmmədov Cənubi Kipr “Pafos”unda Avropa Liqasının 3-cü təsnifat mərhələsinin ilk oyununda meydana çıxıb.

"Football-plus.az" xəbər verir ki, 20 yaşlı vinger Avstriyada “Zaltsburq”a qarşı keçirilən matçın 80-ci dəqiqəsində Aleksandre Britunun əvəzinə oyuna daxil olub.

“Pafos” səfərdə 0:1 hesabı ilə uduzub.

Bu komandalar arasında cavab oyunu avqustun 13-də Limasol şəhərində keçiriləcək.