"Everton"dan "Beşiktaş"a

17.08.2022 18:50 366
Dünya futbolu
"Everton"un yarımmüdafiəçisi Dele Alli karyerasını Türkiyə çempionatında davam etdirəcək.

Football-plus.az
xəbər verir ki, İngiltərə klubu “Beşiktaş”la 26 yaşlı futbolçunun transferi ilə bağlı razılığa gəlib. Müqavilənin yaxın günlərdə rəsmiləşməsi gözlənilir.

Alli "Everton"a 2022-ci ilin qış transfer pəncərəsində qoşulub. Hücumçu komandanın heyətində 13 oyun keçirib.