“Orhus”un baş məşqçisi Yakob Poulsen “Sabah”a qarşı keçirəcəkləri oyundan əvvəl açıqlama verib.
“Football-plus.az”ın məlumatına görə, klubun rəsmi saytına danışan mütəxəssis bunları deyib:
“İlk oyunda qalib gəlmişik. Mənə elə gəlir, bu qələbəyə ancaq sevinmək olar. Düzdü, 2:1 hesabı cavab oyunundan əvvəl arxayınlığa əsas vermir. Lakin səfərdə heç-heçə də bizim üçün yetərlidi. İlk matçın son dəqiqələrində nəzarəti itirmişdik. Səfərdə belə olmamalıdı. Çünki hər şey ev oyunundan fərqli ola bilər. Matç üçün hazırlaşmağa kifayət qədər vaxtımız var. 2-3 gün yox, daha çox. Bazar günü Azərbaycana yollanacağıq. Səfər oyununda mənə lazım olacaq futbolçular həmin vaxta qədər bərpa olunmalıdı. İrəliləmək istəyirik”.
Xatırladaq ki, “Sabah” – “Orhus” oyunu avqustun 11-i, saat 20.00-da start götürəcək.
KƏNAN BAHADIR