Məlum olduğu kimi, “Kəpəz”in alkoqolizmdən əziyyət çəkən veteran futbolçusu Faiq Cabbarov səhhəti ilə bağlı ciddi problemlə üzləşib. O, hazırda palata şəraitində müalicə alır. “Kəpəz”in veteranları AFFA-ya müraciət edərək Cabbarovun müalicəsinə dəstək göstərilməsini xahiş ediblər.
Maraqlıdı ki, “Kəpəz” hələ də yardım prosesindən kənardadı. Klubun mətbuat katibi Gəray Qarayevlə növbəti dəfə əlaqə saxladıqda belə məlum oldu:
“Açığı, hələ bu məsələ ilə bağlı konkret addım atılmayıb. Çünki hazırda stadionla bağlı işlər çoxdu. Demək olar ki, bütün gün stadiondayıq. Dünən də bu barədə rəhbərliklə danışdım. Bildirildi ki, baş həkimlə də görüşmək lazımdı və yaxın günlərdə bununla bağlı addım atılacaq. Ümumiyyətlə, hansı dəstəyə ehtiyac varsa, əlimizdən gələni etməyə çalışacağıq. Yəqin ki, stadionla bağlı işləri bir-iki günə yekunlaşdırandan sonra bu məsələ ilə daha yaxından məşğul olacağıq”.
İSRAYIL XEYRULLAYEV