Nonsens: “Kəpəz”in veteranı xəstədi, veteranlar AFFA-ya üz tutur!

1.08.2026 10:53 84
Ölkə futbolu / Aktual
Vaxtilə ölkədə sayılıb-seçilən futbolçulardan olan, “Kəpəz”in heyətində titullar qazanan Faiq Cabbarovun sağlamlıq durumu yaxşı deyil.

Uzun müddətdi alkoqolizmdən əziyyət çəkən sabiq müdafiəçi Gəncə Şəhər Rayonlararası Narkoloji Dispanserinə yerləşdirilib və palata şəraitində müalicə alır. Maraqlı məqam odu ki, “Kəpəz”in veteranları Cabbarova yardım edilməsi xahişi ilə AFFA-ya üz tutub. Əslində Faiq bəyə yardım göstərməli olan qurum heyətində parladığı “Kəpəz” olmalı deyilmi?

Biz bu suala cavab tapmaq üçün gəncəlilərin mətbuat katibi Gəray Qiyasovla əlaqə saxladıq:

“Bu barədə sədrlə danışmışıq. Onun durumu ilə bağlı kluba müraciət olunmayıb. Biz Cabbarovla maraqlanacağıq. Əlimizdən gələn qədər ona dəstək verəcəyik”.

İSRAYIL XEYRULLAYEV