Mahir KL-də oynadı, komandası heç-heçə etdi

6.08.2026 23:19 13
Avrokuboklar
Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin ilk oyununda Polşa “Rakuv”u İsveçin “Hammarbü” komandasını qəbul edib.

"Football-plus.az" xəbər verir ki, matç 0:0 hesabı ilə başa çatıb.

Mahir “Rakuv”un start heyətində meydana çıxıb və oyunun sonunadək iştirak edib.

Komandalar arasında ikinci matç avqustun 13-də İsveçdə olacaq.