UEFA reytinqində mövqeyimizi qoruduq

7.08.2026 13:20 9
Avrokuboklar
Azərbaycanın UEFA ölkə reytinqində mövqeyində dəyişiklik baş verməyib.

"Football-plus.az" xəbər verir ki, Azərbaycan 21.187 əmsalla 26-cı pillədə qərarlaşıb. 25-ci sıradakı Sloveniyanın 22.468 əmsalı var.

Reytinqə 101.852 əmsalla İngiltərə başçılıq edir.

Azərbaycan klublarından “Qarabağ” Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin ilk oyununda Kiyev “Dinamo”suna 0:1 hesabı ilə məğlub olub. Çempionlar Liqasında mübarizə aparan “Sabah” isə səfərdə Danimarka çempionu “Orhus”a 1:2 hesabı ilə uduzub.