• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Heyrət edirik, “Şamaxı”! - KÖŞƏ

Yazarlar

27-07-2022, 15:0

“Şamaxı” bizi heyrətləndirməkdədi.

Bəli, hazırda başverənlər elə ümumi prosesin davamıdı. Kluba Zaur Axundov rəhbərlik edəndə də bizi heyrətləndirən proseslərə şahidlik edib, qəribə xəbərlər eşidirdik. O zamanlar klub “Keşlə” adlanırdı. Sonra adını dəyişib “Şamaxı” qoydular. Axundov Müşahidə Şurasının rəhbərliyindən getdi. Bundan sonra “Şamaxı”ya Elçin Usub rəhbərlik edəcək. Bütün bunlar öz yerində Amma adı və rəhbərliyi dəyişən klubun peşəkarlığa yaraşmayan davranışları, qərarları hələ də davam edir. Sanki belə işlər “Şamaxı”nın alın yazısıdı.

Uzun müddət əsas komandanın baş məşqçisi ətrafında qeyri-müəyyənlik yaşandı. Rəsmi müqavilə Rüstəm Əliyevlə bağlansa da, “Şamaxı”nın heyətində qalan futbolçuları Cavid Hüseynov başına toplayıb, məşqə çıxardı. Etirbarsız dünyadı. Hər dəfə kimsə hansısa pis əməl edəndə, onu bu yoldan çəkindirməyə çalışırlar. Həmin əməlin sahibinə deyirlər ki, belə etmək olmaz, sabah eynisi sənin də qarşına çıxa bilər, sənə qarşı da bu cür davranarlar.

Bu məsələ ilə bağlı atalar sözləri də var. Məsələn, “nə əkərsən, onu da biçərsən”, yaxud da “nə tökərsən aşına, o da çıxar qaşığına”. Ataların bu cür ibrətamiz sözləri də elə az əvvəl qeyd etdiyim məqsədə xidmət edir. Ona görə də şəxsən mən Cavid Hüseynovun ədalətsizliyə qol qoymasına, həmkarına qarşı belə davranmasına çox təəssüfləndim. Ən çox da ona görə təəssüfləndim ki, bir müddət əvvəl onun da başına xoşagəlməz hadisə gəlmişdi, həmin vaxt “Qəbələ”nin kapitanı olan futbolçu yaşıl meydanlardan uzaq düşüb, dəmir barmaqlıqlar arasında oturmalı olmuşdu. Azarkeşlər də, mətbuat və futbol ictimaiyyətinin nümayəndələri də başverənlərə təəssüflənir, Hüseynovun bir an öncə azadlığına qovuşmasını, futbola dönməsini arzulayırdı.

Azərbaycan kiçik ölkədi. Onun futbol camiəsi isə lap kiçikdi. Burda hamı bir-birini yaxşı tanıyır, keçmişini bilir. Bizim futbol həm də qeyri-müəyyənliklərlə doludu. Bu gün sənin üçün hər şey yaxşı ola bilər, səni qəhrəman kimi təqdim edərlər. Sabah isə hər şey tərsinə dönər, bütün qapılar üzünə bağlanar, səni tez unudarlar. İndiyə kimi belə o qədər nümunə görmüşük ki... Bütün bunları çox hörmətli Cavid Hüseynov da bilməmiş deyil. Elə bu səbəbdən də mən Cavidin Rüstəm Əliyevə qarşı qurulan bu oyunda iştirakçıya çevrilməsinə çox təəssüflənirəm. Bəli, məhz iştirakçı. Məlum məsələdi ki, bu ssenari başqaları tərəfindən yazılıb, özü də çox qeyri-peşəkarcasına. Futboldan bixəbər “ssenari müəllifləri” yazdıqları bu cızma-qara ilə Cavid Hüseynovla Rüstəm Əliyevi üz-üzə qoyublar. Eyni zamanda da məşqçi kimi ilk addımlarını atan, ayağını yerə bərk basmağa, özünə nüfuz qazanmağa çalışan Hüseynovun imicinə ciddi zərbə vurublar.

Yaxşı başa düşürəm ki, hamı işləmək, maaş almaq istəyir. Azərbaycanda da klub sayı çox azdı. O qədər azdı ki, xeyli məşqçi lisenziyası olan şəxs iş tampaqda çətinlik çəkir. Çünki onların sayı qədər klub yoxdu. Belədə bütün mütəxəssislər iş tapmaq üçün xeyli zəhmət çəkir, çətinliklərdən keçir. Bəxt üzünə gülənlər, Azərbaycan futbolunu idarə edənlərdən xeyir-dua alandan sonra işə düzələnlər də tapdığı işdən möhkəm yapışır. Bu mənada Cavidin “yuxarı”dan gələn tapşırığa uyğun davranması məlum məsələdi. Ona deyiblər ki, səni baş məşqçi qoyuruq, get, komandanı məşqə çıxar. O da buna uyğun davranıb. Amma bu tapşırığı bir qədər fərqli şəkildə də icra etmək olardı. Rüstəm bəylə zəngləşmək, görüşmək, hətta ondan məsləhət almaq da mümkün idi. Heç kimin üzüyünün qaşı düşməyəcəkdi. Cavid Hüseynov isə bunu lazım bilməyib. Belədə bizi həm təəccübləndirib, həm də təəssüfləndirib. Ümid edək ki, onun özünə nə vaxtsa belə davranmayacaqlar.

Deyilənə görə, Cavid Hüseynov, ümumiyyətlə, Rüstəm Əliyevin komandadan uzaqlaşdırılmasını istəyirmiş. Yalnız ortada rəsmi müqavilənin olması, Rüstəm bəyin də israrlaı davranması bunun reallaşmasını əngəlləyib. Bundan sonra da Əliyevin bir ilə alacağı məvacibi iki ilə bölüblər, müqaviləsini yeniləyiblər. Ümid edək ki, bu iki ildə Rüstəm Əliyevin başına başqa oyunlar açmayacaqlar, onu pisikdirib istefaya məcbur etməyəcəklər.

AMAL

Paylaş:
Digər xəbərlər

Ölkə futbolu / Manşet

31-05-2022, 22:0

“Şamaxı”da ŞOK: Zaur Axundov 1 ildi vədinə əməl etmir

Aktual / Manşet / Günün xəbəri

1-06-2022, 23:0

Prezidentin bacısı oğlu bu kluba rəhbərlik edəcək - ÖZƏL

Ölkə futbolu / Manşet

7-07-2022, 13:0

“Şamaxı” rəhbərliyi, nəhayət, onunla razılığa gəldi - AÇIQLAMA

Ölkə futbolu / Manşet / Günün xəbəri

5-06-2022, 12:0

“Şamaxı”nın yeni rəhbərliyi bu tarixdə məlum olacaq - ÖZƏL

Premyer-liqa

11-06-2022, 19:0

"Şamaxı"nın planı dəyişib

Premyer-liqa / Manşet

27-06-2022, 17:0

"Şamaxı" pis vəziyyətdən "istəmirəm" dövrünə keçid etdi

Aktual
“Gün gələcək, bu məsələnin əsl mahiyyətini bütün ictimaiyyət biləcək” - Bayrampurla bağlı sərt açıqlama
“Bilirdik ki, “Qarabağ”ı məğlub etmək üçün əzmkar oynamalıyıq” – ÇSKA-nın prezidenti
“Allah bizimlə idi” – ÇSKA-nın kapitanı “Qarabağ”la matçdan danışdı
“Sabah”ın Danimarka, “Qarabağ”ın Polşa yolçuluğu – detallar açıqlandı
“Bizə bu məsələ ilə bağlı hansısa rəsmi məlumat daxil olmayıb” - “Cəbrayıl”ın dəyəri cəmi 400 min manat imiş...
Bolqarıstan mətbuatı Xristo Yanevin Qurban Qurbanova qarşı planını ifşa etdi – start heyəti də açıqlandı!
Son xəbərlər
  • Dünən, 23:52
    "Turan Tovuz" Türkiyə klubuna qalib gəldi
  • Dünən, 23:31
    Cavid Hüseynovdan acı etiraf: “Komanda hələ ki 60 dəqiqə oynamağa hazırdı”
  • Dünən, 23:00
    İngiltərədə iş yerini dəyişəcək
  • Dünən, 22:39
    "Şamaxı" yarımmüdafiəçi transfer etdi
  • Dünən, 22:20
    “Kəpəz”in Qətər klubu ilə oyunu ləğv olundu
  • Dünən, 22:00
    “Hər üç klubumuzun uğursuzluğunu bəxtsizliklə əlaqələndirirəm” – Aslan Kərimov
  • Dünən, 21:44
    "Şəfa" "Araz-Naxçıvan"ı məğlub etdi
  • Dünən, 20:56
    “Milan”ı tərk etməyəcək
  • Dünən, 20:23
    "Barsa" titulu qorudu, “Real” problemlər içində batdı
  • Dünən, 19:42
    Milli futbolçu kokain testindən keçə bilmədi
  • Dünən, 19:01
    Lorenso ilə müqavilə yeniləndi
  • Dünən, 18:34
    Dünya çempionu əməliyyat olundu
  • Dünən, 18:00
    “Gün gələcək, bu məsələnin əsl mahiyyətini bütün ictimaiyyət biləcək” - Bayrampurla bağlı sərt açıqlama
  • Dünən, 17:25
    Gözlənilən təyinat rəsmən açıqlandı
  • Dünən, 16:54
    UEFA-dan Əliyar Ağayevə yeni təyinat
  • Dünən, 16:33
    Milli komandaya qayıtdı
  • Dünən, 16:02
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 15:31
    Şimali Amerikaya yollandı
  • Dünən, 15:02
    “Bilirdik ki, “Qarabağ”ı məğlub etmək üçün əzmkar oynamalıyıq” – ÇSKA-nın prezidenti
  • Dünən, 14:44
    "Orhus" - "Sabah" matçının hakimləri açıqlandı
  • Dünən, 14:14
    “Allah bizimlə idi” – ÇSKA-nın kapitanı “Qarabağ”la matçdan danışdı
  • Dünən, 13:45
    Bir gecədə üç sillə! – inkişaf nağılları bitdi
  • Dünən, 13:28
    “Sabah”ın Danimarka, “Qarabağ”ın Polşa yolçuluğu – detallar açıqlandı
  • Dünən, 12:57
    "Əsas məqsəd futbola yeni azarkeşlər qazandırmaqdı" - Cahangir Fərəcullayev
  • Dünən, 12:20
    Murad debüt etdi, komandası mərhələ adladı
  • Dünən, 11:57
    Azərbaycan futbolunda "Fantasy" dövrü başladı
  • Dünən, 11:28
    Meksikadan vətəninə qayıtdı
  • Dünən, 10:57
    “Bizə bu məsələ ilə bağlı hansısa rəsmi məlumat daxil olmayıb” - “Cəbrayıl”ın dəyəri cəmi 400 min manat imiş...
  • Dünən, 10:36
    Milli komandaya qayıtdı
  • Dünən, 10:15
    "İnsanlar nə qədər böyük klubu mübarizədən kənarlaşdırdığımızı anlayırmı?” - ÇSKA-nın baş məşqçisi
  • Dünən, 09:54
    "Futbolçular 120 dəqiqəlik oyuna tam hazır deyillər" - Qurban Qurbanov
  • Dünən, 00:50
    "Zirə" və "Neftçi" dayandı, "Qarabağ" Konfrans Liqasına düşdü - YENİLƏNİB
  • Dünən, 00:30
    Mahir oynadı, komandası KL-də mərhələ adladı
  • 30-07-2026, 23:0
    “Oyunun axarı artıq göstərirdi ki, qol vura bilməyəcəyik” – Rəşad Sadıqov
  • 30-07-2026, 23:0
    “Heç bir zorakılıq və qalmaqal yaşanmadı” – İnfantino mundialın təşkilatçılığını təriflədi
Daha çox
Oxunub: 359
Qurban Qurbanovdan Sofiya səfəri ilə bağlı gözlənilməz qərar – o, qələbənin açarını tapıb?
Oxunub: 216
“Bu səbəbdən ona oyunlarda şans vermirəm” – Abbas Hüseynovun taleyi bəlli oldu
Oxunub: 164
Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
Oxunub: 153
ÇSKA-nın stadionunda 72 saatda üç oyun keçiriləcək – ot örtüyü “Qarabağ”a problem yarada bilər!
Oxunub: 126
“Bu mövzu ilə bağlı sualları Cavid Hüseynova ünvanlamaq daha doğru olar” – “Cəbrayıl” niyə satıldı?
Oxunub: 120
“Dünən mənə elə şərtlərlə müqavilə təklif olundu ki...” - Rüstəm Məmmədov 9 illik karyerasına son qoydu
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə