• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

AFFA-da “təmizlik” əməliyyatı - KÖŞƏ

Yazarlar

26-06-2022, 15:0

Sərxan Hacıyevdən soruşublar ki, “Kəpəz”lə “Turan Tovuz”un aqibəti necə olacaq, onlara nə qədər büdcə ayrılacaq?

AFFA-nın baş katibi də “hazırda biz də cavab gözləyirik. Yaxın günlərdə hamının bu barədə məlumatının olacağını düşünürəm. Bundan əlavə bir söz deyə bilmirəm” söyləyib. Ey gidi dünya. Vaxtilə qılıncının dalı da, qabağı da kəsən AFFA rəhbərliyi nə günlərə düşdü? Elxan Məmmədovu əvəzləyən adam kimdənsə cavab gözləyir... Biz belə şeylərə öyrəncəli deyilik. Hardadı Elxan bəyin qətiyyəti, səxavəti, cəsarəti? Heç kimlə hesablaşmayan, özünü Azərbaycan futbolunun yaradıcısı, qurucusu, sahibi kimi aparan belə cavabları verməzdi. Ya danışardı, deyərdi ki, filan məbləği klublara ayırarıq, filankəsi də pulun xərclənməsinə nəzarət üçün Müşahidə Şurasına sədr yollayarıq. Ya da cavabdan yayınar, heç telefonunu açmazdı. Yönəldərdilər AFFA-nın mətbuat xidmətinə. Ordan da standart bir cavab eşidilərdi. Dağdan ağır baş katib kimdənsə cavab gözləyirsə, bizimlə bir yerdə məlumatlı olacaqsa, dünyanın sonu çatıb.

AFFA ictimai rəyi azdırmaq, bölgələrdə futbolun inkişafına çalışmasının görüntüsünü yaratmaq üçün “Kəpəz”lə “Turan Tovuz”u tələm-tələsik premyer-liqaya buraxdı. Bəli, məhz buraxdı. Bütün idman prinsiplərinə, reqlamentlərə tüpürüldü. Təki tənqidlər azalsın, AFFA yaxşı əməl sahibi olsun. Bu qərarın özü qurumun tənqidlər qarşısında geri çəkilməsi, “boz bina”da oturan başbilənlərin mətbuatın sağlam tənqidləri ilə hesablaşmasının göstəricisi idi. Əvvəlki vaxtlar olsaydı, onlar əsla bizim dediyimizi etməz, tutduqlarını buraxmazdılar. İndi isə AFFA-nın gülü-çiçəyi solmaq üzrədi. Oralar çoxdandı ki, suyu sovrulmuş dəyirmana bənzəyir. “Kəpəz”lə “Turan Tovuz”u elitaya buraxıblar. Amma bununla da problemlər həll edilməyib. Əsas məsələ, həllini gözləyən ciddi problemlər bundan sonra başlayıb. Bu iki kluba minimal büdcə formalaşdırmaq üçün tələb olunan vəsait ortada yoxdu. 200-300 minlə ili yola verir, 3-4 klubu divizionda yarışdırırdılar. Elitanın tələbləri isə başqadı. Premyer-liqada ən azı gün keçirmək üçün 2 milyon manatlıq büdcəyə ehtiyac var. Həmin pul isə tapılmır. Dirəndikləri əsas məsələlərdən biri Mehman Allahverdiyevi “Kəpəz”ə yaxın buraxmamaq idi. İş o yerə gəlib çatıb ki, Allahverdiyevi kluba idman direktoru gətiriblər. Amma indi Mehman bəyin maddi imkanlarının, ətrafındakıların “Kəpəz”ə pul xərcləmək həvəsinin hansı səviyyədə olduğu qeyri-müəyyəndi.

Futbolun İnkişaf Fondu adıyla yaradılan qurumdan isə hansısa effekt gözləməyə dəyməz. Bütün gün “feysbuk”da sponsorlu reklamlar yayınlayan, potensial tərəfdaşlara bahalı konvertlərdə müraciətlər göndərən FİF-in hansısa kluba sponsor tapacağına inanmaq səhrada suyun tapılmasına inanmağa bərabərdi. Bu quruma aktyor Fəxrəddin Manafovla millət vəkili Qənirə Paşayevanı bəh-bəhlə üzv etmişdilər. Xanım millət vəkili FİF-ə hansı münasibət bəslədiyini çox tezliklə ortaya qoydu. AFFA tərəfindən fonda rəhbər göndərilən Tural Piriyev Tovuza səfər edib, İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədovla görüşə gedir. Amma özü tovuzlu olan Qənirə xanım həmin səfərdə Piriyevi müşayiət etmir, rayon rəhbərliyi ilə görüşə qatılmır. Olmaya Paşayeva Məmmədovun “Turan Tovuz”a maddi yardım etməyəcəyindən arxayın imiş, vaxtını boşa xərcləməyib?!
Allah göstərməsin, dünyamız əmin-amanlıq olsun. Amma AFFA-nın sonunun çatdığını hamımız görürük. Baş rolların ifaçıları yavaş-yavaş aradan çıxır. Ssenarini elə qururlar ki, öz uğursuzluqlarını, kadrlarının yararsızlıqlarını ört-basdır etsinlər. Boyunlarına almaq istəmirlər ki, illərdi yürütdükləri siyasət bərbad olub, əcnəbiləri futbolumuza soxuşdurmaqla bizi uçurumun dibinə sürükləyiblər. Əvvəlcə Elxan Məmmədov FİFA-ya getdi. Görünür, “yuxarılar” da onun vəzifəsindən qovulmamasına “yaşıl işıq” yandırdılar. Heç şübhəsiz, Elxan Məmmədov buna FİFA və UEFA-dakı dəstəkçiləri sayəsində nail oldu. Onun ardınca U-21 millisinin serbiyalı baş məşqçisi Milan Obradoviçlə Hakim və Hakim-İnspektorlar Komitəsinin avstriyalı sədri Frits Stuxlik yola salındı. Heç şübhə etmirəm ki, sırada Canni de Byazı, Volkan Üst və başqaları olacaq. İllərdi yazdığımız, dediyimiz sözlər həqiqətə çevrilməkdədi. AFFA-da “təmizlik” əməliyyatı başlayıb. Həmişə təmizlikdə!

Paylaş:
Digər xəbərlər

Manşet / Müsahibə / Günün xəbəri

2-05-2022, 14:0

“Hər il “Turan Tovuz”a 10 min manat verməyə hazıram” - tovuzlu iş adamı

Aktual / Manşet

26-04-2022, 15:0

AFFA-nın “Turan Tovuz”a ayıracağı məbləğ bəlli oldu - ÖZƏL

Aktual / İdman

16-03-2022, 18:0

AFFA-nın baş katibi dəyişir

Aktual
Sərfəli təklif aldılar, klubu elitada saxlayan futbolçunu satdılar
Mümkünsüz arzularla alovların arasından üzmək... – Dambrauskas şeir dedi
“Çempionat bitəndən sonra rəhbərliklə aramızda fikir ayrılığı yarandı” - Rahid Əmirquliyev
“Payde” Sumqayıtda yalqız qalacaq!
"Qarabağ"ın oyununda bizi narahat edə biləcək çox məqam var"- ÇSKA-nın baş məşqçisi
“Bu səbəbdən ona oyunlarda şans vermirəm” – Abbas Hüseynovun taleyi bəlli oldu
Son xəbərlər
  • Bu gün, 19:55
    ''Qalatasaray'' prezidentindən İkardi etirafı - ''Ondan cavab gözləyirik''
  • Bu gün, 19:24
    Klubu ilə yenidən anlaşdı
  • Bu gün, 18:53
    Sərfəli təklif aldılar, klubu elitada saxlayan futbolçunu satdılar
  • Bu gün, 18:22
    Almaniyalı əfsanə Musialaya xəbərdarlıq etdi
  • Bu gün, 17:51
    ÇSKA-da taktiki sxem və heyət dəyişikliyi – fərqli oyun, yoxsa tələ?
  • Bu gün, 17:20
    “Araz-Naxçıvan” azarkeşlərdən bir qədər də uzaqlaşdı – klub problemi necə həll edəcək?
  • Bu gün, 16:59
    Mümkünsüz arzularla alovların arasından üzmək... – Dambrauskas şeir dedi
  • Bu gün, 16:28
    “Çempionat bitəndən sonra rəhbərliklə aramızda fikir ayrılığı yarandı” - Rahid Əmirquliyev
  • Bu gün, 15:57
    “Artıq milli komandanın baş məşqçi vəzifəsinə namizəd deyiləm” - Pirlonun “skuadra adzurra”ya təyinatı niyə rəsmiləşmədi?
  • Bu gün, 15:36
    “Bəzi suallara istədiyim cavabı verə bilməyəcəm” – Rəşad Sadıqov
  • Bu gün, 15:15
    “Payde” Sumqayıtda yalqız qalacaq!
  • Bu gün, 14:54
    “Karvan-Yevlax”dan növbəti transfer
  • Bu gün, 14:23
    "Qarabağ"ın oyununda bizi narahat edə biləcək çox məqam var"- ÇSKA-nın baş məşqçisi
  • Bu gün, 13:52
    “Bu səbəbdən ona oyunlarda şans vermirəm” – Abbas Hüseynovun taleyi bəlli oldu
  • Bu gün, 13:31
    ''Qalatasaray'' istəyir, ''Ayntraxt'' buraxmır
  • Bu gün, 13:00
    “İmarət Avropa” "Qarabağ"ı tək qoymayacaq
  • Bu gün, 12:39
    “İtaliyada insanları nəticədən başqa heç nə maraqlandırmır” - Fonseka “Milan”da işlədiyi dönəm haqda nələr dedi?
  • Bu gün, 12:18
    "Hər şey yaxşıdı, amma davam etmək lazımdı" - Aleksey İsayev
  • Bu gün, 11:57
    Azərbaycan klubu ilə anlaşdı, Bolqarıstana qaçdı
  • Bu gün, 11:36
    ''Qalatasaray''ın sabiq üzvündən şok sözlər - ''Bunları çox az insan görmək istəyər''
  • Bu gün, 11:15
    "Kəpəz" Qətər klubuna qarşı
  • Bu gün, 10:54
    Millimiz Çexiya ilə üz-üzə gələcək
  • Bu gün, 10:33
    “Sabahın Ulduzları” turnirinin püşkü atıldı
  • Bu gün, 10:13
    Qurban Qurbanovdan Sofiya səfəri ilə bağlı gözlənilməz qərar – o, qələbənin açarını tapıb?
  • Bu gün, 09:52
    İki güləşçimiz dünya çempionatının finalında
  • Bu gün, 09:31
    "Çox keyfiyyətli və yaxşı məşqçi tərəfindən hazırlanan komandaya uduzduq" - KuPS-un baş məşqçisi
  • Bu gün, 09:00
    Türkiyə klubu 900 minə aldığı oyunçunu 15 milyona satdı!
  • Dünən, 23:27
    İngiltərədə klubunu dəyişəcək
  • Dünən, 23:00
    “Sabah” və Mikels 10-a çatdı
  • Dünən, 22:06
    “Milan”ı tərk etməyəcək
  • Dünən, 21:55
    "Belə nəticə əldə etməyimizlə qürur duyuram" - Valdas Dambrauskas
  • Dünən, 21:24
    ÇSKA-nın stadionunda 72 saatda üç oyun keçiriləcək – ot örtüyü “Qarabağ”a problem yarada bilər!
  • Dünən, 21:10
    "İmişli" yoxlama oyunu keçirdi
  • Dünən, 20:52
    "Sabah" tarixində ilk dəfə avrokubokların liqa mərhələsində! - YENİLƏNİB
  • Dünən, 20:10
    İngiltərə klubunu tərk etdi
Daha çox
Oxunub: 224
Qurban Qurbanovdan Sofiya səfəri ilə bağlı gözlənilməz qərar – o, qələbənin açarını tapıb?
Oxunub: 212
“İmişli”nin taleyi bəlli oldu – Arazın bu tayından Kürün o tayına
Oxunub: 163
Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
Oxunub: 150
ÇSKA-nın stadionunda 72 saatda üç oyun keçiriləcək – ot örtüyü “Qarabağ”a problem yarada bilər!
Oxunub: 149
“Bu səbəbdən ona oyunlarda şans vermirəm” – Abbas Hüseynovun taleyi bəlli oldu
Oxunub: 123
“Neftçi” bazar deyil, “Neftçi” xalqdı” - fanklub rəhbərindən sərt açıqlama
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə