Murad debüt etdi, komandası mərhələ adladı

31.07.2026 12:20 79
Dünya futbolu
Murad Məmmədovun formasını geydiyi "Pafos" (Cənubi Kipr) Avropa Liqasının 2-ci təsnifat mərhələsində “Hayduk”la cavab matçına çıxıb.

"Football-plus.az" xəbər verir ki, görüş "Pafos"un 4:0 hesablı qələbəsi ilə bitib. İki matçın cəmində Cənubi Kipr təmsilçisi 4:2 hesablı üstünlüklə mərhələ adlayıb.

Bu, Muad Məmmədovun "Pafos"da ilk rəsmi oyunu olub. 20 yaşlı futbolçu meydana 82-ci dəqiqədə İvan Şuniçin əvəzinə daxil olub.

Murad bu ilin may ayında "Neftçi"dən ayrılıb və "Pafos"a keçib.