Meksikadan vətəninə qayıtdı

2.08.2026 19:06 8
Dünya futbolu
Anxel Korrea Meksikadan vətəninə qayıdıb. “River Pleyt” hücum xəttini onunla gücləndirib.

"Football-plus.az" xəbər verir ki, Argentina klubu Anxeli “Tiqres”dən transfer edib. Bu transfer üçün Meksika klubuna 13 milyon avro təzminat ödənilib. 31 yaşlı hücumçu ilə müddəti 2029-cü il dekabrın 31-nə kimi nəzərdə tutulan müqavilə imzalanıb.

Xatırladaq ki, “Tiqres” Korreanı 2025-ci ilin yayında “Atletiko”dan 8 milyon avroya transfer etmişdi.

Argentina yığmasının sabiq oyunçusu komandanın heyətində meydana çıxdığı 44 matçda 23 qolun və 14 məhsuldar ötürmənin müəllifi olub.