ÇSKA-nın prezidenti Vanqel Vanqelov komandasının Avropa Liqasının 2-ci təsnifat mərhələsində “Qarabağ”ı mübarizədən kənarlaşdırmaları haqda fikirlərini bölüşüb.
“Football-plus.az”ın məlumatına görə, funksioner qarşılaşmadan məmnun qaldığını dilə gətirib:
“Kollektiv mərhələni adlamaq üçün əlindən gələni etdi. Nələrə qadir olduğumuzu göstərdik. Həm də sübut etdik ki, Avropa Liqasında daha çox irəliləyə bilərik. İndi isə qələbədən həzz alacağıq. Bilirdik ki, “Qarabağ”ı məğlub etmək üçün əzmkar oynamalıyıq. Uşaqlar bunu bacardı. ÇSKA ailəsini təbrik edirəm. Ən qısa müddətdə növbəti oyun üçün hazırlıqlara başlayacağıq”.
KƏNAN BAHADIR