"Şamaxı" pis vəziyyətdən "istəmirəm" dövrünə keçid etdi

27.06.2022 17:12 1 216
Premyer-liqa / Manşet
Ötən həftə "Şamaxı" üçün səs-küylü keçdi.


Media "şirlər"in boş qalan postlarına bir neçə şəxsi "təyin etdi". Rəşad Usubun Müşahidə Şurasının sədri, Kamran İsmayılovun idman direktoru, Cavid Hüseynovun isə baş məşqçi olması gözlənilir. Kamran bəyin artıq rəsmi işə başladığı, təhvil-təslim prosesini həyata keçirdiyi bildirilir. "Football-plus.az" saytı olaraq "Şamaxı"da baş verən proseslərə aydınlıq gətirməsi üçün adı çəkilən şəxslə əlaqə saxladıq. İdman direktorunun açıqlaması maraqlı və gözlənilməz oldu:

"Məndən müsahibə almaq istədiyiniz üçün təşəkkür edirəm. Amma "Şamaxı" ilə bağlı məsələlərə şərh vermək istəmirəm".


Zaur Axundovdan alınan "Şamaxı"da vəziyyətin düzələcəyinə ümid edirdik. Yeni təyinatları eşidəndə isə düşündük ki, problemlər qısa zamanda aradan qalxar. Amma...

Ümid edirik ki, Kamran bəy klubda həqiqətən ciddi işlər görür və bu səbəbdən mediaya açıqlama vermək istəmir. Hər halda, vaxtı çatanda onun işini dəyərləndirmək imkanımız olacaq...

İLKİN SULTANLI