Lorenso ilə müqavilə yeniləndi

31.07.2026 19:01 6
Dünya futbolu
Nestor Lorensonun Kolumbiya yığmasındakı aqibəti müəyyənləşib. O, komandanı bundan sonra da çalışdıracaq.

"Football-plus.az" xəbər verir ki, Kolumbiya Futbol Federasiyası milli komandanın baş məşqçisi ilə müqavilənin müddətini uzadıb. Bu barədə qurumun mətbuat xidməti məlumat yayıb. Lakin yeni müqavilənin detalları hələlik açıqlanmayıb.

Lorenso Kolumbiya yığmasını 2022-ci ilin yayından çalışdırır. Komanda onun rəhbərliyi altında yenicə sona çatan dünya çempionatının 1/8 finalına qədər irəliləyib və bu mərhələdə İsveçrəyə penalti seriyasında uduzub.