İtaliya yığmasının yeni baş məşqçisi müəyyənləşib.
"Football-plus.az" xəbər verir ki, Roberto Mançini milli komandanı yenidən çalışdırmaq təklifini qəbul edib. İtaliya Futbol Federasiyasının mətbuat xidməti onun baş məşqçi təyinatını rəsmən açıqlayıb. Mançini ilə bağlanacaq müqavilənin müddəti ilə bağlı hələlik məlumat verilməyib. 61 yaşlı mütəxəssis milli komandanı 2018-23-cü illərdə də çalışdırıb. O, “skuadra adzurra”nı AÇ-2020-də çempionluğa daşıyıb.
Bir neçə gün əvvəl Andrea Pirlonun Rusiya bukmeker şirkəti ilə əlaqələrinə görə milli komandanın baş məşqçisi olmayacağı bildirilmişdi.