"Şamaxı"nın planı dəyişib

11.06.2022 19:52 811
Premyer-liqa
"Şamaxı"da Müşahidə Şurasının sədri vəzifəsi hələ də boşdu.

Bu səbəbdən də düşərgədə qeyri-müəyyənlikdi. Klubun baş meneceri və mətbuat katibindən informasiya almaq istəsək də, hər ikisi məlumatsız olduqlarını dedilər.

Görəsən, "Şamaxı"nın baş məşqçisi Rüstəm Əliyev bu məsələlərlə bağlı nə düşünür? Onun "Football-plus.az" saytına açıqlaması belə oldu:

"Bu barədə heç bir məlumat verə bilmirəm. Düzdü, plan var idi. Amma məlum olduğu kimi, Zaur Axundov istefa verdi, klubdan getdi. Yeni rəhbər hələ gəlməyib deyə dəqiq planımız yoxdu. Müşahidə Şurasının iclasının nə vaxt keçiriləcəyi haqda da məlumatımız yoxdu. Gözləmə mövqeyindəyik".


ŞAİR ABDULLA