“Football-plus.az” xəbər verir ki, “şirlər”in futbolçularının 2 aydı maaşı verilmir. Məsələ ilə bağlı əlaqə saxladığımız klubun mətbuat xidmətinin rəhbəri Səbuhi Məmmədov bunları söylədi:
“Bu problemlə bağlı bir şey deyə bilərəm. Klub öhdəliklərini tezliklə yerinə yetirəcək”.
Əldə etdiyimiz məlumata görə, oyunçuların maaşı sabah veriləcək. Klub rəsmiləri onlara bununla bağlı söz verib.
Redaksiyamıza “şirlər”lə bağlı daha bir maraqlı informasiya daxil olub. Sən demə, klub futbolçulara ötən il kubokun qalibi olarkən söz verilən mükafatı hələ ödəməyib. Lakin Muşahidə Şurasının sədri Zaur Axundov deyib ki, klubda olmasalar belə, hamının pulu çatdırılacaq.
İLKİN SULTANLI



