Gözlənilən təyinat rəsmən açıqlandı

31.07.2026 17:25 44
Dünya futbolu
Fransa Futbol Federasiyası Zinəddin Zidanın milli komandanın yeni baş məşqçisi təyin olunduğunu açıqlayıb.

"Football-plus.az" xəbər verir ki, 53 yaşlı mütəxəssislə müddəti 2030-cu ilə qədər nəzərdə tutulan müqavilə imzalanıb. Fransa yığması bu yay keçirilən dünya çempionatını Didye Deşamın rəhbərliyi altında başa vurub. Təcrübəli mütəxəssis turnirdən sonra vəzifəsindən ayrılıb. Fransa 3-cü yer uğrunda oyununda İngiltərəyə 4:6 hesabı ilə uduzub.

Zidan 2021-ci ildən məşqçi kimi çalışmırdı. O, daha əvvəl iki dəfə “Real”a rəhbərlik edib və Madrid klubu ilə 11 titul qazanıb.