Yeni mövsümə hazırlaşan “Araz-Naxçıvan” bu gün yoxlama oyununda “Şəfa”ya uduzub – 0:2.
Muxtar Respublika təmsilçisinin baş məşqçisi Cavid Hüseynov oyunla bağlı bunları deyib:
“İmişli" ilə oyunda etdiyimiz səhvlər üzərində işlədik, onları düzəltmək istiqamətində məşqlər etdik. Ancaq yenə işləməliyik, çünki qısa vaxtda bunu aradan qaldırmaq mümkün deyil. Komanda hələ ki, 60 dəqiqə oynamağa hazırdı. Ona görə əsas heyət 60 dəqiqə meydanda oldu, daha sonra digər futbolçulara şans verdik.
Ümumilikdə yoxlama oyunları komandada olan çatışmazlıqları görmək, təsbit etmək üçündü ki, məşq prosesində də onları düzəldək. Hazırlığımız davam edir, hansı sahədə axsadığımızı bilirik və onları duzəltməyə çalışacağıq”.