Komandanın rəsmi çalışdırıcısı Rüstəm Əliyev də açıqlamasında bunun özünə qarşı hörmətsizlik olduğunu, məsələni bu yerdə qoymayacağını bildirdi.
Əlbəttə, baş məşqçidən xəbərsiz yeni çalışdırıcı gətirmək bəlkə də görünməmiş hadisədi. Cavid Hüseynovun gəlişindən sonra isə komanda məşqlərə də start verdi. Lakin “Şamaxı”nın faktiki baş məşqçisi ilə nə rəhbərlik, nə də Cavid Hüseynov əlaqə saxlamışdı.
Maraqlıdı, bu məsələ nə yerdə qaldı? Klub rəhbərliyi və ya Cavid Hüseynov Rüstəm Əliyevlə danışıb? Komanda ilə baş məşqçi arasında razılıq əldə olunub? Suallarımıza cavab tapmaq üçün Rüstəm Əliyevlə əlaqə saxladıq. Onun “Football-plus.az” saytına açıqlaması belə oldu:
“Cavid Hüseynov yox, amma 3 gün öncə rəhbərlik mənimlə əlaqə saxladı. Demək olar ki, məsələ artıq həllini tapıb. Ümid edirəm, 2-3 günə tam razılıq əldə olunacaq”.
ŞAİR ABDULLA



