• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Macarıstanda “Qəbələ”ni neçə soydaşımız dəstəkləyəcək?

Manşet / Konfrans Liqası

21-07-2022, 17:0

“Qəbələ” artıq srağagün axşam saatlarından “Fehervar”la matçın keçiriləcəyi Sekeşfehervar şəhərindədi.

Bu haqda bilgini klubun mətbuat katibi Anar Hacıdan aldıq:

“Dünən (srağagün) təyyarə ilə İstanbuldan Macarıstanın paytaxtı Budapeştə gəldik. Ordan isə “Fehervar”ın ev oyunlarını keçirdiyi Sekeşfehervar şəhərinə üz tutduq. Bu şəhər paytaxtdan təxminən 1 saatlıq məsafədə yerləşir. Hava Bakıdakı kimidi. Hazırda Sekeşfehervarda 36 dərəcə isti var. Ancaq bizim paytaxtdan fərqli burda külək yoxdu. Oyuna maraq barədə hələ bir söz deyə bilməyəcəm. Yerli azarkeşlərin qarşılaşmaya nə qədər bilet aldığını sabah (bu gün) keçiriləcək iclasda biləcəyik. Komanda axşam saatlarında Sekeşfehervara çatdığından şəhəri gəzmək imkanımız olmayıb, burdakı ab-havadan xəbərim yoxdu. Oteldə isə oyunla bağlı çox danışılmır”.


Klub rəsmisi bu gün keçiriləcək qarşılaşmada təxminən 80 soydaşımızın “Qəbələ”ni dəstəkləyəciyini, ölkəmizin Macarıstandakı səfirliyinin əməkdaşlarının “Qəbələ” rəhbərliyi ilə əlaqə saxladığını da vurğuladı:

“Hələ Budapeştə gəlməmişdən bir neçə gün öncə ölkəmizin Macarıstandakı səfirliyi ilə daim əlaqədəydik. Oyun vaxtı səfir Tahir Tağızadə və səfirliyin 4 əməkdaşı stadionda olacaq. Onlarla yanaşı, Macarıstanda və Avropanın başqa ölkələrində yaşayan 80-ə yaxın soydaşımız oyunun keçiriləcəyi arenada “Qəbələ”ni dəstəkləyəcək. Onların bəziləri “Milli Dəstə”nin xətti ilə gələcəklərsə, müəyyən qism azad azarkeş kimi tribunada olacaq. Onlar biletlə bağlı bizimlə danışıblar”.


Bu yerdə onu da qeyd edək ki, tarixində 7-ci dəfə avrokuboklarda oynayacaq “Qəbələ” Konfrans Liqasında debüt edəcək. Buna qədər komanda 6 dəfə Avropa Liqasında qüvvəsini sınayıb. 2015/16 və 2016/17 mövsümlərində turnirin qrup mərhələsinədək irəliləyən “qırmızı-qaralar” iki dəfə (2017/18, 2019/20) 2-ci, iki dəfə (2014/15, 2018/19) 1-ci təsnifat mərhələsində mübarizəni dayandırıb.

Avrokuboklardakı 6 mövsümdə 38 matça çıxan “Qəbələ” 10 qələbə qazanıb. 7 heç-heçəsi olan komanda 21 dəfə uduzub. Rəqib qapılarından 36 top keçirən bölgə təmsilçisi öz qapısında 55 qol görüb. Qəbələdəki cavab oyunu 40-cı avrokubok sınağı olacaqsa, Macarıstandakı matç 20-ci səfər görüşüdü. Rəqib meydanındakı 19 dueldə 3 qələbə və 4 heç-heçəsi olan “Qəbələ” 12 dəfə uduzub. 13 qol vuran komanda 30 top buraxıb.

“Qırmızı-qaralar”ın baş məşqçisi Elmar Baxşıyev bu postda avrokuboklarda debüt edəcək. O, komandanı qitə səhnəsinə çıxaracaq 4-cü mütəxəssis olacaq. Roman Qriqorçuk 32, Sənan Qurbanov 4, Dorinel Muntyanu 2 belə görüşdə “sükan arxasında” olub. Futbolçular arasında rekordçu Dmitri Bezotosnıdı. Onun hesabında 32 oyun var. Voislav Stankoviç 29, Sergey Zenyovla Rikardinyo hərəyə 27, Vitali Vernidub 26 dəfə avrokubok görüşündə şans qazanıb. Altı futbolçu avrokuboklarda 3 və ya daha çox qola imza atıb. Bombardir Sergey Zenyovdu ki, hesabında 6 qol var. Teo Uiks 5, Dodo 4, Filip Ozobiç, Baqali Dabo və Cavid Hüseynov hərəyə 3 dəfə fərqlənib.

Macarıstan səfəri ərəfəsində ötən mövsüm 4-cü olan komandanın Şimali Makedoniyadan olan legioneri İsnik Alimi mətbuata açıqlama verib. Yarımmüdafiəçi yeni transferlər və komandada formalaşan ab-hava barədə fikirlərini bildirib:

“Komandaya yeni futbolçular qoşulub, onların çox kömək edəcəyini düşünürəm. Görünən odu ki, yeni oyunçular uyğunlaşmada hansısa problem yaşamırlar. Biz də komandanın təcrübəliləri kimi onlara yardımçı olmağa çalışırıq. Yeni transferlərin işə yanaşması, motivasiyası, konsentrasiyası ilə komandaya böyük köməyi olacaq. Heyətə yeni qoşulan futbolçular “Qəbələ”dəki xoş, ailə, dostluq atmosferini hiss edirlər. Belə ab-hava onların xoşuna gəlir. Özüm də komandaya gəldiyim gündən xoş mühiti, dostluğu, bir-birinə yardım etməyi görmüşəm. Yeni gələnlər də bunu hiss edir. Biz də onlara yardım göstəririk. Düşünürəm ki, növbəti mövsüm həm göstərdiyimiz futbolla, həm də dostluq mühiti içində yaratdığımız bu güclü kollektivlə daha yaxşı nəticələrə nail olacağıq”.


RƏŞAD

Paylaş:
Digər xəbərlər

Manşet / Konfrans Liqası

21-07-2022, 23:0

"Qəbələ" "Fehervar" önündə darmadağın oldu

Konfrans Liqası

23-06-2022, 18:0

"Qəbələ"nin "Fehervar"la cavab matçının da saatı bilindi

Konfrans Liqası

21-07-2022, 00:0

"Komandada ab-hava yüksək səviyyədədi" - Elmar Baxşıyev

Dünya futbolu

27-06-2022, 22:0

"Qəbələ"nin rəqibi 2 futbolçusunu icarəyə verdi

Premyer-liqa / Günün xəbəri

9-06-2022, 13:0

“Qəbələ”, nəhayət, seçimini etdi

Aktual
“Dünənki hesab aldadıcı ola bilər” – Fərid Namazov
“Cəzanın aradan qaldırılması fərdi şəkildə edə biləcəyim məsələ deyil” - Nurlan İbrahimov hardadı?
"Turan Tovuz" üçün yeni sponsor - "Peak Eye" kluba 2 milyon dollar ayıracaq!
“Zaqatala”nın fəaliyyətini davam etdirməsi üçün böyük fədakarlıq lazımdı” – bölgə klubu acınacaqlı durumda
“Orhus” ev oyunu üçün bütün biletləri satdı – “Sabah”ı dolu tribunalar gözləyir
13 yaşlı futbolçunun ölümünün komanda ilə əlaqəsi yoxdu
Son xəbərlər
  • Bu gün, 23:07
    “Dünənki hesab aldadıcı ola bilər” – Fərid Namazov
  • Bu gün, 22:59
    “Cəzanın aradan qaldırılması fərdi şəkildə edə biləcəyim məsələ deyil” - Nurlan İbrahimov hardadı?
  • Bu gün, 22:12
    "Oyuna həqiqətən də çox ciddi və yaxşı hazırlaşmışıq" - Valdas Dambrauskas
  • Bu gün, 21:36
    "Bizi güclü rəqib gözləyir" - "Orhus"un baş məşqçisi
  • Bu gün, 21:15
    “Qurban Qurbanov meydana çıxmaq üçün hazırlaşmasını istəmişdi, lakin...” – Bəhlulun qayıdışına nə mane olub?
  • Bu gün, 20:51
    "Şamaxı" "Qəbələ"yə qalib gəldi
  • Bu gün, 20:15
    Almaniyaya qayıtdı
  • Bu gün, 19:46
    "Turan Tovuz" üçün yeni sponsor - "Peak Eye" kluba 2 milyon dollar ayıracaq!
  • Bu gün, 19:26
    "Zaqatala"nın baş məşqçisi açıqlandı
  • Bu gün, 19:00
    “Zaqatala”nın fəaliyyətini davam etdirməsi üçün böyük fədakarlıq lazımdı” – bölgə klubu acınacaqlı durumda
  • Bu gün, 18:28
    İtaliyadan Belçikaya üz tutdu
  • Bu gün, 17:57
    “Orhus” ev oyunu üçün bütün biletləri satdı – “Sabah”ı dolu tribunalar gözləyir
  • Bu gün, 17:36
    Bu 3 futbolçu ''Bavariya''ya lazım deyil - onlar arasında sabiq ''Qalatasaray''lı da var
  • Bu gün, 17:05
    Türkiyəli qapıçı karyerasını İspaniyada davam etdirə bilər
  • Bu gün, 16:34
    1-ci liqada püşkatma mərasimi keçirildi
  • Bu gün, 16:12
    Hamını arxada qoydu
  • Bu gün, 15:41
    Elvin Yunuszadə Türkiyə klubunda - RƏSMİ
  • Bu gün, 15:05
    "İmişli"dən yeni transfer
  • Bu gün, 14:40
    "Karvan-Yevlax"da ayrılıq
  • Bu gün, 14:19
    "Neftçi" seçim qarşısındadı: ağ, yoxsa qara?
  • Bu gün, 13:58
    13 yaşlı futbolçunun ölümünün komanda ilə əlaqəsi yoxdu
  • Bu gün, 13:27
    Romadan Milana üz tuta bilər
  • Bu gün, 12:56
    “Əl-Karaitiyat”ın “Kəpəz”lə oyunu niyə ləğv olundu?
  • Bu gün, 12:35
    “Bu gün verilən ən doğru qərarlardan biridi” - “APL Fantasy” azarkeş sayına necə təsir edəcək?
  • Bu gün, 12:14
    "İmişli" Ronaldo ilə vidalaşdı
  • Bu gün, 11:46
    "Xankəndi"dən növbəti transfer
  • Bu gün, 11:25
    “Zirə”: nə oldu birdən-birə? - nə baş məşqçi səhvlərini etiraf etdi, nə də futbolçular...
  • Bu gün, 11:07
    Qurban Qurbanovun mətbuat konfransı Bakıda olacaq
  • Bu gün, 10:52
    "Neftçi" "Sumqayıt"la oyun üçün hazırlığa başladı
  • Bu gün, 10:30
    Nərimanın Türkiyə klubu ilə müqaviləsinin detalları
  • Bu gün, 10:09
    Nəriman "Ərzurumspor"da çıxış edəcək - RƏSMİ
  • Bu gün, 10:00
    Salibanı kim əvəz edəcək?
  • Dünən, 23:59
    Doğma klubuna qayıtdı
  • Dünən, 23:23
    Gözlənilən təyinat rəsmiləşdi
  • Dünən, 22:50
    Qapıçı ilə müqavilə yeniləndi
Daha çox
Oxunub: 360
Qurban Qurbanovdan Sofiya səfəri ilə bağlı gözlənilməz qərar – o, qələbənin açarını tapıb?
Oxunub: 221
“Bu səbəbdən ona oyunlarda şans vermirəm” – Abbas Hüseynovun taleyi bəlli oldu
Oxunub: 179
Koxalski, sən nə etdin? – getmək istəyirsən, bəhanəsiz get!
Oxunub: 166
“Gün gələcək, bu məsələnin əsl mahiyyətini bütün ictimaiyyət biləcək” - Bayrampurla bağlı sərt açıqlama
Oxunub: 99
ÇSKA-da taktiki sxem və heyət dəyişikliyi – fərqli oyun, yoxsa tələ?
Oxunub: 92
Bir gecədə üç sillə! – inkişaf nağılları bitdi
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə